Bakıda 14 istiqamət üzrə marşrut xətləri dəyişəcək

Xəbərlərə abunə olun
Yandex newsTelegram
Avtobusların hərəkəti tətbiq ediləcək məhdudiyyətlərə uyğun təşkil ediləcək

BAKI, 21 iyun — Sputnik. 26 iyun — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100-cü ildönümü münasibətilə keçiriləcək hərbi parad və mərasimin təlim-məşqlərinə hazırlıqla əlaqədar olaraq bir neçə marşrut xəttində müvəqqəti olaraq dəyişiklik olacaq.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Sputnik Azərbaycan-a verilən məlumata görə, Neftçilər prospekti – Azneft dairəsi və ətraf küçələrdən keçən marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

Belə ki, 24-26 iyun tarixlərində mərasim tam başa çatanadək 1, 2, 4, 5, 6, 18, 21, 32, 46, 65, 88, 125, 175 və H1 (Hava limanı-28 may metrostansiyası ekspres xətti) marşrut xətləri üzrə avtobusların hərəkəti tətbiq ediləcək məhdudiyyətlərə uyğun təşkil ediləcək.

Xəbər lenti
0