Azərbaycanda 1.2 milyon insana xəbərdarlıq: Pensiya ala bilməyəcəksiniz

© Sputnik / Anar MustafayevБанкомат в Баку, фото из архива
Банкомат в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hadı Rəcəbli: "İşəgötürənin vergi yükünü azaltmalıyıq"

BAKI, 21 iyun — Sputnik. "Sosial sığortaya cəlb olunmayan insanlar gələcəkdə əziyyət çəkəcəklər". Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hadi Rəcəbli deyib.

Komitə sədri bildirib ki, bu sahədə maarifləndirmə işlərini gücləndirmək vacibdir: "Azərbaycanda 1,2 milyon qeyri-formal məşğul insan var. Bu, o deməkdir ki, 1,2 milyon insan sığortaya cəlb olunmur və gələcəkdə sığorta ilə pensiya ala bilməyəcək".

"Nəyə görə sahibkarlar işçilərin sayını gizlədirlər? Ona görə ki, sahibkarların vergi yükü çoxdur. 22 faiz işəgötürən, 3 faiz isə işçi ödəyir" — deputat vurğulayıb.

Hadi Rəcəbli bildirib ki, işəgötürənin yükünü azaltmaq lazımdır: "Balanslaşdırma aparmalıyıq ki, sahibkar işçiləri sığortaya cəlb etsin, əks təqdirdə, sığortalanmayan insanlar gələcəkdə əziyyət çəkəcəklər".

Xəbər lenti
0