Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Spirtli içkilərdə qiymət artımı baş verəcək - İlk siqnal gəldi

© TrendSpirtli içkilər
Spirtli içkilər - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyada spirtli içkilərin qiymətlərinin qalxması oradan Azərbaycana idxal edilən içkilərin qiymətlərinə də təsirsiz ötüşməyəcək

BAKI, 20 iyun — Sputnik. Rusiyanın Maliyyə Nazirliyi araq, konyak və şampanın minimal pərkəndə satış qiymətlərinə yenidən baxacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə "İzvestiya" qəzeti Alkoqol Bazarının Tənzimlənməsi üzrə Federal Xidmətə ("Rosalkoqolrequlirovaniye") istinadla bildirib.

Yanacaqdoldurma məntəqəsi, arxiv şəkli - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Benzin, siqaret və spirtli içkilər bahalaşıb

Xəbərdə qeyd olunur ki, Federal Xidmət, bütün növ spirtli məhsullar üçün vahid minimal qiymətlərin ilkin hesablanmasını aparır. İlk olaraq şərab və şərab məhsullarının minimal qiymətləri müəyyənləşdiriləcək.

Ekspertlərin fikrincə, qiymətlərin qaldırılması məsələsi yenidən nəzərdən keçiriləcək. Halbuki, cari ilin fevralında Rusiya baş nazirinin müavini Aleksandr Xloponin bəyan etmişdi ki, hökumət bu il ərzində araqların minimal pərakəndə satış qiymətlərini qaldırmağı planlaşdırmır.

Rusiya İstehlakçıların Hüquqlarını Müdafiə Milli Birliyinin məlumatına görə, 2017-ci ildə araqların pərakəndə satış həcmi əvvəlki illə müqayisədə 16,6% aşağı düşərək 67,5 milyon dekalitr təkşil edib. Minimum pərakəndə satış qiymətinin əvvəlki artımı 2017-ci ilin aprelində baş verib. Həmin vaxt hökumət 0,5 litrlik ən ucuz arağın bir şüşəsini 190 rubldan hazırkı qiymət olan 205 rübla qədər qaldırmışdı. Hazırda Rusiyada 0,5 litr konyakın qiyməti 371 rubl təşkil edir.

Rusiyada spirtli içkilərin qiymətlərinin qalxması oradan Azərbaycana idxal edilən içkilərin qiymətlərinə də təsirsiz ötüşməyəcək. İqtisadçı-ekspert Fuad Əlizadənin Sputnik Azərbaycan-a şərhinə görə, Rusiyada spirtli içkilərin qiymət artımı oradan Azərbaycana idxal edilən içkilərin qiymətində də artım yaradacaq.

Bununla belə, iqtisadçı hesab edir ki, rus araqlarının qiymətləri artacağı təqdirdə, Azərbaycanda qiyməti sabit qalan digər ölkələrin (Ukrayna, Belarus və s.) istehsalı olan içkilərə tələbat artacaq: "O, başqa məsələ ki, ölkəmizdə Rusiya araqlarına üstünlük verən müəyyən təbəqə var. Həmin təbəqə isə qiymət artımına baxmayaraq, rus arağına üstünlük verməkdə davam edəcək".

F.Əlizadə onu da qeyd edib ki, hazırda Azərbaycanda Rusiya araqlarının istehlak payı azdır və bazara ciddi təsir etmək gücündə deyil: "Ölkəmizdə yerli istehsal olan spirtli içkilərə tələbat daha çoxdur. Yerli alıcı qüvvəsinin qiyməti nisbətən aşağı olan yerli məhsullara üstünlük verməsi təbiidir. Keyfiyyətə üstünlük verən təbəqənin isə Rusiya araqlarına tələbatı dəyişməz olaraq qalacaq".

Xəbər lenti
0