Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Benzin, siqaret və spirtli içkilər bahalaşıb

© Sputnik / Максим Богодвид / Mediabanka keçidYanacaqdoldurma məntəqəsi, arxiv şəkli
Yanacaqdoldurma məntəqəsi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
2017-ci ildə Gürcüstanda avtomobil yanacağının qiymətləri 30 faiz bahalaşıb

BAKI, 6 yanvar — Sputnik. Keçən il Gürcüstanda bir sıra istehlak mallarının qiymətləri artıb.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, Milli Statistika Xidmətinin məlumatına görə, 2017-ci ildə avtomobil yanacağının (benzin, dizel və maye qaz) qiymətləri 30 faiz bahalaşıb.

Digər yanacaq növlərində bahalaşma 15 faiz civarında olub.

İl ərzində ən çox tütün və alkoqollu içkilərin qiyməti qalxıb. Yerli istehsal olan tütün məhsullarının qiyməti 45 faiz, xaricdən gətirilən siqaretin qiyməti 32 faiz bahalaşıb. Spirtli içkilərdə bahalaşma 17,5 faiz həddində olub.

Bahalaşan məhsullar sırasında ikinci yerdə yanacaq dayanır.

Səhiyyə xidmətlərində bahalaşma 8,1 faiz olub, ərzaq və spirtsiz içkilərin qiymətləri 7,3 faiz bahalaşıb.

Gündəlik tələbat məhsullarından kartof, pomidor, xiyar, limon, düyü, xama, şəkər, alma və digər məhsulların qiymətlərində artım 17-68 faiz arasında dəyişib.

İl ərzində 6,7 faizlik inflyasiya qeydə alınıb.

Xəbər lenti
0