Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Şengen vizası almaq istəyənlərə vacib xəbər

© Sputnik / Murad OrujovПользователь сайта ASAN Viza
Пользователь сайта ASAN Viza - Sputnik Azərbaycan
Abunə olmaq
Yeni məcəllədə vizanın standart qiymətinin 80 avroya qaldırılması nəzərdə tutulur

BAKI, 20 iyun — Sputnik. Avropa İttifaqı Şengen vizasının qiymətini artırmaq barədə düşünür. Sputnik Azərbaycan Avropa İttifaqı Şurasının saytına istinadən xəbər verir ki, iyunun 19-da Aİ Şurası Viza Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı danışıqlar üçün mandatı təsdiqləyib. Yeni məcəllədə vizanın standart qiymətinin 80 avroya qaldırılması nəzərdə tutulur.

Yeni qaydalara əsasən, viza müraciətini səfərdən 6 ay əvvəl yerləşdirmək mümkün olacaq.

Qeyd edək ki, indiyədək viza müraciəti səfərdən 15 gün əvvəldən gec olmayaraq yerləşdirilirdi. Hazırda Şengen vizasının standart qiyməti isə 60 avrodur.
Xəbər lenti
0