Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Rəisin cinayəti ortaya çıxdı, iş Baş Prokurorluğa göndərildi

© Sputnik / Anar MustafayevУголовный кодекс Азербайджанской Республики
Уголовный кодекс Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
Nazirlik şikayəti araşdırıb, xəbər təsdiqini tapıb

BAKI, 20 iyun — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Ağstafa rayonu ərazisində yaşıllıqların məhv edilməsi ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. Bu barədə Sputnik Azərbaycan-a ETSN-in mətbuat xidmətindən məlumat verilib.

Ağac kəsimi, arxiv şəkli - Sputnik Azərbaycan
Bakının təbiətinə "divan tuturlar"

Bildirilib ki, araşdırma zamanı Ağstafa rayonu, Eynallı bələdiyyəsinin mülkiyyətinə məxsus 4 ha torpaq sahəsində qanunsuz suvarma arxının çəkildiyi və münbit torpaq qatının korlandığı, köküstə yaş 3 ədəd söyüd ağacının kəsildiyi aşkar edilib.

Təbiətə 4970 manat məbləğində ziyan dəydiyi müəyyən olunub. Faktla bağlı rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi İltifat Əliyev barəsində akt tərtib edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbir görülməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Xəbər lenti
0