BAKI, 20 iyun — Sputnik. Bu gün səhər saatlarında Bakıda dəhşətli yol qəzası baş verib.
Sputnik Azərbaycan Lent.az-a istinadən xəbər verir ki, Pirallahı yolunda "VAZ 2106" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq işıq dirəyinə çırpılıb. Zərbənin gücündən avtomobilin arxa oturacağında əyləşən gənc qadın Sona Əliyeva və 4 aylıq körpəsi Rəna hadisə yerində vəfat edib. Sürücü, 33 yaşlı İsmixan Əliyev isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Az sonra sürücü də xəstəxanada vəfat edib.
Qəzanı törədən sürücü vəfat edən uşağın atası olub.
Faktla bağlı araşdırma aparılır.