Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a deyir ki, əslində, bu, Azərbaycan üçün gecikmiş bir qərardır:
“Bu gün dövlət siyasətini həyata keçirən təhsil müəssisələri büdcədən asılı formada fəaliyyət göstərirlər. Onların maliyyə müstəqilliyinə malik olmaması bəzi hallarda inkişafa çox ciddi mənfi təsir göstərir. Çünki onlar hər hansı bir layihə həyata keçirmək istəyərəkən hər hansı yuxarı orqanın razılığını aldıqdan sonra bunu gerçəkləşdirə bilərlər. Dünyanın inkişaf etmiş ölkələrində yanaşma tərzi fərqlidir. Təhsil səviyyəsi ən yaxşı olan ölkələrdə ali təhsil və orta müəssisələri dövlət tərəfindən maliyyələşmir. Sadəcə olaraq dövlət öz sifariş etdiyi kadrların maliyyələşməsini həyata keçirir. İdarəetmədə publik hüquqi şəxs çalışacaqlar ki, daha çox təhsil xidmətləri göstərsinlər. Bu, təhsil və idarətmə formasının dəyişməsi deyil. Burada mexanizm ondan ibarətdir ki, onlara maliyyə ayrılmayacaq. Təhsil müəssisələrinin publik hüquqi şəxsə çevrilməsi təhsilin keyfiyyətini artıracaq”.
Qeyd edək ki, dəyişikliklər “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan prezidentinin 2018-ci il 28 fevral tarixli fərmanının icrasını təmin etmək məqsədi daşıyır.