BAKI, 20 iyun — Sputnik. 16 yaşlı qızla 3 ildir birlikdə olduğu ortaya çıxan bələdiyyə sədri həbs olunub.
Sputnik Azərbaycan "Haberler"ə istinadla xəbər verir ki, Böyük Britaniyanın Godalmilg şəhərinin bələdiyyə sədri Simon Thornton 16 yaşlı qız ilə 3 ildir davam edən əlaqəsinin ortaya çıxmasından sonra tutulub. Bələdiyyə sədri azyaşlı qız uşağı ilə birlikdə olmaq cinayətində ittiham edilir.
Thorntonun qızcığaz ilə 13 yaşından etibarən öz evində, ofisində, meşədə və avtomobildə cinsi əlaqədə olduğu açıqlanıb. Keçmiş bələdiyyə sədrinin gənc qızı evinə gətirərək, həyat yoldaşı ilə eyni yatağı bölüşdüyü və üçlüyün zaman-zaman birlikdə yatdığı da öyrənilib. 46 yaşlı kişi 20-dən çox cinsi təcavüz epizodunda ittiham olunur.
Hakim bələdiyyə sədrinə cəmi 9 il həbs cəzası istəyib…