CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Bəbirləri mühafizə edək!” adlı ekoloji yay düşərgəsi keçirilib

© Sputnik / Rahim Muradov“Bəbirləri mühafizə edək!” adlı ekoloji yay düşərgəsi
“Bəbirləri mühafizə edək!” adlı ekoloji yay düşərgəsi - Sputnik Azərbaycan
Abunə olmaq
2014-cü ildən təşkil edilən yay düşərgələrində bu günə kimi 400 şagird iştirak edib

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 20 iyun — Sputnik. Bu gün Lerikdə “Qafqaz bəbirlərinin mühafizəsi” layihəsi çərçivəsində IDEA İctimai Birliyi, Azərbaycan Respublikası Gənclər Fondu, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı və Lerik Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Bəbirləri mühafizə edək!” adlı növbəti yay düşərgəsi keçirilib.

© Sputnik / Rahim Muradov“Bəbirləri mühafizə edək!” adlı ekoloji yay düşərgəsi
“Bəbirləri mühafizə edək!” adlı ekoloji yay düşərgəsi - Sputnik Azərbaycan
“Bəbirləri mühafizə edək!” adlı ekoloji yay düşərgəsi

Düşərgədə Lerik rayonundan olan 60 nəfərə yaxın məktəbli iştirak edib. IDEA İctimai Birliyinin nümayəndəsi Nəzakət İsayevanın Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildirdiyinə görə, düşərgənin əsas məqsədi Qafqaz bəbirinin məskunlaşdığı ərazilərdə yaxın yerlərdə yaşayan gənclərin bu nadir növ haqqında məlumatlandırılması və onun mühafizəsi işinin təbliğidir. Düşərgə çərçivəsində həmçinin məktəblilərə bir çox məlumatlar veriləcək və Zuvand Dövlət Təbiət Yasaqlığına, o cümlədən Günəşli şəlaləsinə ekskursiya təşkil olunacaq.

Düşərgənin sonunda iştirakçılara sertifikatlar və xatirə hədiyyələri təqdim ediləcək.

Qeyd edək ki, IDEA İctimai Birliyinin təşəbbüsü ilə ətraf mühit və biomüxtəliflik mövzusunda düşərgələr mütəmadi əsaslarla 2014-cü ildən etibarən Respublikanın 13 rayonunda təşkil edilib və ümumilikdə 400 nəfərə yaxın məktəbli iştirak edib.

Xəbər lenti
0