Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ankara Vaşinqtondan istədiyini "qopardı"

© Photo : South Korea Defense Ministry via APИстребитель-бомбардировщик пятого поколения F-35
Истребитель-бомбардировщик пятого поколения F-35 - Sputnik Azərbaycan
Abunə olmaq
İki "F-35" tipli qırıcı təyyarə ayın 21-də Türkiyəyə təhvil veriləcək

BAKI, 20 iyun — Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, Türkiyə ABŞ Konqresinin etirazlarına baxmayaraq, artıq sabah ilk "F-35" tipli qırıcıları alacaq. Sputnik Azərbaycan xəbər verir ki, bunu nazir NTV telekanalına müsahibəsində bildirib.

"İki "F-35" tipli qırıcı təyyarə ayın 21-də bizə təhvil veriləcək. Bununla bağlı xüsusi mərasim baş tutacaq" — deyə nazir vurğulayıb.

Qırıcı təyyarələrin istehsalçısı "Lockheed Martin Corporation" şirkəti də Türkiyə tərəfinə "F-35" qırıcılarının ilk partiyasını çatdırmağa hazır olduğunu bildirib. Ankaraya iki təyyarənin verilməsi ilə bağlı mərasim iyunun 21-də ABŞ-ın Fort-Uert (Texas ştatı) şəhərində baş tutmalıdır. Ümumilikdə Türkiyə ABŞ-dan yeni nəsil 100 ədəd qırıcı-bombardmançı "F-35" almaq istəyir.

Pentagon - Sputnik Azərbaycan
Pentaqon Türkiyəni "S-400"-dən imtina etməyə çağırıb

Qeyd edək ki, daha əvvəl ABŞ Konqresi tərəfindən 2019-cu il üçün Pentaqonun büdcəsinə dair qəbul olunan qanun layihəsi Ankaranın Rusiyanın "S-400" sistemlərini alması planları ilə əlaqədar Türkiyəyə "F-35" tipli yeni nəsil qırıcılarının verilməsini qadağan edir.

Xatırladaq ki, ABŞ Müdafiə Nazirliyinə (Pentaqon) 2019-cu il üçün 716 milyard dollar vəsait ayrılmasını nəzərdə tutan qanun layihəsi ABŞ Senatında qəbul edilib. Layihənin Türkiyə ilə bağlı hissəsində Ankaranın Rusiyadan "S-400" havadan müdafiə sistemləri almasının iki ölkə arasındakı gərginliyi yüksəltdiyi və amerikalı keşiş Endryu Brunsonın Türkiyədə həbsdən buraxılmasının lazım olduğu qeyd edilib. Sənəddə Türkiyənin Rusiyadan "S-400" almasının ABŞ ilə Türkiyə arasında birgə silah sistemlərini inkişaf etdirməyə mənfi təsir göstərəcəyi irəli sürülüb.

Sözügedən səbəblərdən "F-35" və "F-16" qırıcılarının, "Patriot" havadan müdafiə sistemlərinin, "Chinook" tipli helikopterin, "AH-1 Kobra", "H-60 Black Hawk" tipli helikopterlərin Türkiyəyə satılmasının əngəllənməsinin lazım olduğu bildirilib.

Xəbər lenti
0