Türkiyə baş nazirindən qəribə səsvermə açıqlaması: 30 min suriyalı...

© AP Photo / Petros GiannakourisTürkiyənin baş naziri Binəli Yıldırım
Türkiyənin baş naziri Binəli Yıldırım - Sputnik Azərbaycan
Abunə olmaq
Yıldırım, eyni zamanda "suriyalılar bizim qonağımızdır və vətənlərinə qayıdacaqlar" ifadəsini də işlədib

BAKI, 19 iyun — Sputnik. Türkiyənin baş naziri Binəli Yıldırım 24 iyunda keçiriləcək növbədənkənar prezident seçkilərində vətəndaşlıq hüququ qazanan 30 min suriyalının səs verəcəyini açıqlayıb.

Sputnik Azərbaycan "Haberler"ə istinadla xəbər verir ki, İzmirdə media mənsubları ilə görüşən baş nazir bildirib ki, vətəndaşlıq hüququ qazanan 30 min suriyalı 24 iyunda seçkilərdə səs verəcək.

Yıldırım, eyni zamanda "suriyalılar bizim qonağımızdır və vətənlərinə qayıdacaqlar" ifadəsini də işlədib.

Xəbər lenti
0