Kamran Əsədov: “Peşə təhsili əmək bazarının tələblərinə uyğun olmalıdır”
Hazırda Azərbaycanda peşə təhsili müəssisələrinin vəziyyəti qənaətbəxş deyil. Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a deyir ki, ilk növbədə əmək bazarının tələblərini nəzərə almaq lazımdır.
“Dövlət tərəfindən bu sahəyə kifayət qədər böyük vəsait ayrılsa da, keyfiyyət istənilən səviyyədə deyil. Peşə təhsilinin strukturunun 3 pilləli olması vacib addımdır. Həmçinin peşə təhsili müəssisələrinin maddi-texniki bazası yaxşılaşdırılmalıdır. Peşə təhsili müəssisələrində kadr hazırlığı əmək bazarının tələblərinə uyğun həyata keçirilməlidir”.
2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”ndə ixtisaslı kadrlar hazırlayan peşə təhsili sisteminin ölkədə əmək bazarının tələblərinə uyğun təhsil proqramları əsasında inkişaf etdirilməsi mühüm məqsəd kimi əksini tapır.
Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz