CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir il əkdilər, becərdilər, indi də hər şey göz görə-görə məhv edilir

© Sputnik / Shahperi AbbasovaTaxıl zəmisi
Taxıl zəmisi - Sputnik Azərbaycan
Abunə olmaq
İyun ayının ikinci ongünlüyü da başa çatmaq üzrə olmasına baxmayaraq, hələ də rayonunun bir çox kəndlərində hektarlarla buğda və arpa sahəsi biçilməmiş qalıb

Şahpəri Abbasova, İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 19 iyun — Sputnik. Artıq əksər rayonlarda taxıl biçiminə start verilib. Amma bəzi rayonlarda insanların min zəhmətlə yetişdirdikləri məhsul göz görə-görə məhv olur.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, Qax rayonunun bəzi kəndlərində kombayn çatışmazlığı yaşanır. Kənd əhalisinin əsəbi sözün əsl mənasında tarıma çəkilib.

Lənkəranda çay, çəltik və sitrus meyvələri festivalı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Cənub bölgəsində məhsul bolluğu bayramı

Kəndlilərin il boyu xərc, əzab-əziyyət çəkib yetişdirdikləri taxıl gözləri önündə zay olur. İyun ayının ikinci ongünlüyü da başa çatmaq üzrə olmasına baxmayaraq, hələ də rayonunun bir çox kəndlərində hektarlarla buğda və arpa sahəsi biçilməmiş qalıb.

Taxılı yerlə bir olan Qaratala kənd sakini Əhmədiyyə Musayev deyir ki, bir neçə gün öncə yağan güclü yağış biçilməmiş taxıl sahələrini yararsız hala salıb: "Bir illik əziyyətimiz bir günün içində yerlə bir olub. Bu il onsuz da taxılın keyfiyyəti aşağı idi. Taxılın məhsuldar olması üçün qar yağması vacibdir. Bu il qar da yağmadı. Olan-qalan taxılımızı da güclü leysan əlimizdən aldı".

Kənd sakinin sözlərinə görə, kombayn çatışmazlığı ən böyük problemlərdən biridir: "Kombayn olsaydı, vaxtında məhsulu yerdən götürərdik, bu qədər itki olmazdı. Bununla bağlı Qax rayon Aqroservisinə müraciət etsək də, hələ də bir cavab ala bilməmişik".

© Sputnik / Shahperi AbbasovaTaxıl zəmisi
Taxıl zəmisi - Sputnik Azərbaycan
1/5
Taxıl zəmisi
© Sputnik / Shahperi AbbasovaTaxıl zəmisi
Taxıl zəmisi - Sputnik Azərbaycan
2/5
Taxıl zəmisi
© Sputnik / Shahperi AbbasovaTaxıl zəmisi
Taxıl zəmisi - Sputnik Azərbaycan
3/5
Taxıl zəmisi
© Sputnik / Shahperi AbbasovaTaxıl zəmisi
Taxıl zəmisi - Sputnik Azərbaycan
4/5
Taxıl zəmisi
© Sputnik / Shahperi AbbasovaTaxıl zəmisi
Taxıl zəmisi - Sputnik Azərbaycan
5/5
Taxıl zəmisi
1/5
Taxıl zəmisi
2/5
Taxıl zəmisi
3/5
Taxıl zəmisi
4/5
Taxıl zəmisi
5/5
Taxıl zəmisi

Analoji problem Şəkidə də hökm sürür. Güclü leysan adıçəkilən bölgənin Cunut, Baş Göynük, Aşağı Göynük, Biləcik, Cuma kəndlərinə də ciddi ziyan vurub. Sözügedən bölgənin əhalisinin də kombayn çatışmazlığından məhsulu yerdə qalıb.

Goranboy rayonunda da kombayn olmaması səbəbindən 10-larla hektar dənli bitki məhv olmaq təhlükəsilə üz-üzə qalıb. Bu barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə rayonun Eyvazalılar kənd sakinləri məlumat veriblər.

Aqil Hüseynovun sözlərinə görə, kənd ərazisində 30 ha arpa, 60 ha taxıl sahəsi olmasına baxmayaraq kombayn ayrılmayıb: "Biçin başlayandan kombayn gəldi, 2-3 saat işləyib getdi. Sahənin 90%-dən çoxunun məhsulu qalıb. Ayın 5-dən biçilməli olan sahələr artıq 20-i olmasına baxmayaraq biçilməyib. Nəticədə 1 ildir əziyyətlə becərdiyimiz məhsul göz görə-görə tökülüb gedir".

Zülfüqar Məmmədov, Dövlət taxıl fondunun idarə rəisi və Səyyad Ələsgərov, Dövlət material ehtiyatları agentliyinin rəis müavini - Sputnik Azərbaycan
Taxıl Fondundan Azərbaycan kəndlilərinə şad xəbər

Digər kənd sakini İlqar Xəlilov ətraf 3 kənddə yalniz bir şəxsin kombayn işlətdiyini deyir. O da köhnə olduğundan, heç bir kəndin ərazisini biçib çatdıra bilmir.

"Niyə kombayn göndərmirlər, kimə deyək? Camaat gözünü torpağa dikib, zülmlə-zəhmətlə becərib. Evdə toyuğa-cücəyə də verməyə arpam yoxdur, amma sahədə məhsulum yerə tökülür " — deyir kənd sakini Tərgül Bədəlova.

Sakin Rəhim Ziyadov isə ötən gün məsələylə bağlı İcra Hakimiyyətində olduqlarını, bu gün saat 11 üçün kəndə kombayn göndəriləcəyinə söz verilsə də, hələ heç bir texnika göndərilmədiyini söyləyir: "Allah verib, məhsulumuz yaxşıdı, amma texnika tapmırıq ki, biçib məhsulumuzu götürək. 1 ha-dan 40-50 sentner taxılımız çıxardısa, belə getsə heç 10-15 sentner məhsul ala bilməyəcəyik. Yağış, külək bir ucdan məhv edir".

Xəbər lenti
0