Pop-musiqi festivalında qorxunc olay: Ölən və yaralananlar var

© AP PhotoНа фестивале в Нидерландах машина протаранила толпу
На фестивале в Нидерландах машина протаранила толпу - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gecə Niderlandda keçirilən Pinkpop musiqi festivalında naməlum şəxs mikroavtobusu kütlənin üstünə sürüb.

BAKI, 18 iyun — Sputnik. Bu gecə Niderlandda keçirilən Pinkpop musiqi festivalında naməlum şəxs mikroavtobusu əylənən kütlənin üstünə sürüb. Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.

Polisin məlumatına görə, ağ rəngli mikroavtobusun sürücüsü hadisəni törətdikdən sonra qaçıb gizlənib. Hazırda o axtarılır. Fövqəladə hadisənin baş verdiyi əraziyə tibbi helikopterlər cəlb edilib.

Pinkpop pop-musiqi festivalı hər il Niderlandın cənub-şərqində yerləşən Ləndqraf (Landgraaf)şəhərində keçirilir.

Xəbər lenti
0