Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Futbol üzrə dünya çempionatında qalib hansı ölkə olacaq?

© Sputnik / Vladimir Astapkovich / Mediabanka keçidDÇ-2018, Portuqaliya-İspaniya oyunu
DÇ-2018, Portuqaliya-İspaniya oyunu - Sputnik Azərbaycan
Abunə olmaq
Sərdar Məmmədov: "Messinin bu titulu qazanmaq üçün son şansıdır"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 18 iyun — Sputnik. Dünyada milyonlarla azarkeşin səbirsizliklə gözlədiyi futbol üzrə 21-ci dünya çempionatına start verilib. Azarkeşlər artıq öz sevimli komandalarını dəstəkləməyə başlayıblar.

Sputnik Azərbaycan böyük ümidlərlə gözlənilən dünya çempionatı ilə bağlı sosial şəbəkədə sorğu keçirib. Futbol azarkeşlərindən çempionatda hansı komandanın qalib gələcəyi ilə bağlı proqnozlarını soruşub. Sorğumuzda iştirak edən sosial şəbəkə istifadəçiləri həm favorit komandalarını açıqlayıblar, həm də oyunun gedişatı ilə bağlı mülahizələrini yürüdüblər.

Ruslan Eldaroğlu: "Mənim favoritim Belçikadı. Qırmızı şeytanların çox güclü heyəti var. Ötən mundialda təcrübəsizliyin qurbanı olan "qırmızılar"ın indi şansları daha çoxdur". 

DÇ-2018-Belçika-Panama qarşılaşması - Sputnik Azərbaycan
İDMAN
Belçika yığması tarix yazdı

İsaq Mayılov: "Düşünürəm ki, qalib Braziliya olacaq. Onlara bu il rəqib yalnız özləri ola bilər".

Rəşad Qasımov: "Braziliya komandası güclüdür, amma çempion Avropadan olacaq. Fransanın qalib olmaq şansı böyükdür".

Kənan Paşabəyli: "Çempion Argentina olmalıdır. Çünki tarixin ən yaxşı futbolçusu olması üçün Messiyə bu kubok gərəklidir. Bu çempionat Maradonadan sonra daha bir argentinalının triumfu olmalıdır. Fikrimcə, bir futbol ölkəsi olan Argentina azarkeşlərinin həsrətinə son qoyulmalıdır. Axı iyirmi ildən çoxdur ki, komanda dünya çempionu ola bilmir. Baxmayaraq ki, ölkə Avropaya ən keyfiyyətli futbolçular bəxş edə bilir".

Eldar Tanrıverdiyev: "Qalib olaraq Almaniyanı görürəm. Çünki futbolu hamı oynayır, amma həmişə almanlar qalib gəlir".

Rahil Kərimov: "Azarkeşlik etdiyim İtaliya millisi çempionatda yoxdur, amma "Yuventus"un igidləri çempionatda iştirak edir. Argentina, Uruqvay və Xorvatiya — bu 3 ölkədən biri çempion olsa, sevinərəm". 

DÇ-2018, İsveç - Cənubi Koreya - Sputnik Azərbaycan
İDMAN
Dünya çempionatında bu gün sensasiyasız başladı

Cavidan Səfərli: "Ya Fransa, ya da Braziliya çempion olacaq. Çünki bu iki milli müasir futbolun tempinə uyğun, sürətli, texnikalı və keyfiyyətli oyun sərgiləyir. Heyətlərin yüksək səviyyəli futbolçulardan təşkil olunmasının da burada rolu böyükdür".

Zeynəb Əlizadə: "Mən qrup mərhələsində Braziliya, Portuqaliya, İngiltərə, Almaniya və Argentinanın bütün oyunlarını izləməyə çalışacam. Almaniya və Braziliyanın şansları daha yüksəkdir. İspaniyanın məşqçi krizinin ardından necə oynayacağı maraqlıdır. Belə turnirlərdə sürprizlər də çox olur. Bunu Belçikadan gözləmək olar. Bu il turnirin daha maraqlı keçəcəyini düşünürəm".

Elşən Ağalar: "Dünya Çempionatlarında hər zaman Braziliya, Fransa və Almaniya əsas favoritlər olub. Lakin hər bir nəticəyə, sürprizlərə də hazır olmaq lazımdır. Gənc oyunçular üçün ciddi sınaqdır".

Tərxan Paşazadə: "Bu çempionatda Peru və Panama millilərinə azarkeşlik edəcəyəm. İstərdim ki, çempion Peru olsun".

Elnur Ağayev: "Argentina qalib olmalıdır. Messi üçün böyük ehtimalla son imkandır. Argentinanın digər oyunçusu Paolo Dibala isə çempionatın tapıntısı olacaq". 

DÇ-2018, Braziliya-İsveçrə görüşü, Behrami Paulinyoya qarşı - Sputnik Azərbaycan
İDMAN
Dünya çempionatında növbəti gözlənilməz nəticə qeydə alındı

Sərdar Məmmədov: "Ötən dəfəki çempionatda Argentina heyətinin bu ilkindən zəif olmasına baxmayaraq, finala çıxa bilmişdisə, bu dəfə indiki heyət ilə qalib ola bilər. Messinin bu titulu qazanmaq üçün son şansıdır".

Vüqar Hüseynov: "Belçika və Uruqvay yığmalarına azarkeşlik edəcəyəm. Heyətləri möhtəşəmdir. Ən azı yarımfinala kimi gedəcəklərini düşünürəm".

Kənan Məstəliyev: "Məncə, bu dünya çempionatının bir yox, bir neçə favoriti var. Onların arasında Almaniya, Fransa, Braziliya, Argentina, İspaniya və digərlərinin adını çəkmək olar. İndidən konkret kimin qalib olacağını söyləmək asan deyil. Messiyə görə Argentina yığmasının qalib olmasını istəyirəm. Proqnozum Argentina-Braziliya finalıdır".

Xəbər lenti
0