BAKI, 17 iyun — Sputnik. Rusiyada keçirilən futbol üzrə dünya çempionatında D qrupunda ikinci oyun olub.
Sputnik Azərbaycan-ın məlumatına görə, qarşılaşmada Xorvatiya və Nigeriya güclərini sınayıblar.
Birinci hissənin 32-ci dəqiqəsində nigeriyalı Etebo topu öz qapısına yönəldib və Xorvatiya 1:0 hesabı ilə önə çıxıb.
70-ci dəqiqədə isə Modriç 11 metrlik cərimə zərbəsindən hesab arasındakı fərqi artırıb — 2:0.
Oyun elə bu hesabla başa çatıb.
Bu qrupda keçirilmiş digər oyunda Argentina və İslandiya yığmaları heç-heçə oynayıblar — 1:1.