BAKI, 17 iyun – Sputnik. Amerikada yaşayan erməni əsilli seksual ulduz Kim Kardaşyan siyasətə gəlmək istəmədiyini, amma nə vaxtsa ABŞ prezidentliyinə namizədliyini irəli sürəcəyini istisna etmədiyini deyib.
Sputnik Azərbaycan-ın məlumatına görə, Kardaşyan bunu CNN-ə müsahibəsində deyib.
Bir müddət əvvəl Kardaşyanı ABŞ prezidenti Donald Tramp qəbul edib. Onun xahişi ilə Tramp 1996-cı ildə narkotikə görə ömürlük həbs cəzasə almış Elis Consonun cəzasını yüngülləşdirib.
“Əgər mən ən azı bir adam üçün nəsə bir şey etməyə çalışsam, sonra başqaları da bunu etmək istəyir.
Sadəcə şəxsi məsələləri kənara qoyub, daha vacib olan məsələləri müzakirə etmək lazımdır” – deyə o, bildirib.
“Gələcəkdə prezident seçkilərində namizədliyinizi irəli sürmək istəyirsinizmi?”- sualına isə o, “heç vaxt heç vaxt demə” – deyə cavab verib. Həmçinin bildirib ki, hələlik siyasətə gəlməyi düşünmür.
Hazırda o, heç olmasa bircə məhbus qadına kömək etmək istədiyini deyib. “Hər hansı partiyaya üzv olmadan da bunu etmək mümkündür” – deyə erməni ulduz bildirib.