BAKI, 17 iyun – Sputnik. Yerevanda “Qarabağ” Komitəsinin ilk rəhbəri, separatçı ermənilərin “Qarabağ” hərəkatının qurucularından biri İqor Muradyan ölüb.
Sputnik Ermənistan-ın məlumatına görə, Muradyan uzun sürən xəstəlikdən sonra ölüb. O, son vaxtlar ABŞ-da müalicə kursu keçirmiş.
Muradyan “Qarabağ” Komitəsinin yaradılmasının təşəbbüskarı olub. 1988-ci ildə qurumun rəhbərliyindən uzaqlaşıb. 1990-1995-ci illərdə Ermənistan Ali Sovetinin (parlament) deputatı olub. Müxtəlif nəşrlərdə siyasi analizlərlə çıxış edib.