CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda ilanlar tüğyan edir, özünüzü qoruyun!

© Sputnik / I. Mukhinİlan
İlan - Sputnik Azərbaycan
Abunə olmaq
Yay fəslinin ən təhlükəli hadisələrindən hesab olunan ilan sancması əleyhinə tədbirlərin görülməsi vacibdir.

BAKI, 17 iyun — Sputnik. Bu yay Azərbaycanda ilan sancması halları erkən başlayıb. Artıq Bakı ətrafında və bir sıra rayonlarda ilan sancması halları qeydə alınıb. Bu il əvvəlki illərə nisbətən ilanların sayının çox olduğu müşahidə edilir. Mütəxəssislər bunu ölkəmizdə qışın mülayim keçməsi ilə izah edirlər. Zəlzələlərin baş verdiyi bölgələrdə isə zəhərli sürünənələrin xüsusi aktivliyi hiss olunur. Bütün bunları nəzərə alaraq, yay fəslinin ən təhlükəli hadisələrindən hesab olunan ilan sancması əleyhinə tədbirlərin görülməsi vacibdir.

Statistikaya görə, hər il ölkəmizdə təxminən 120-130 ilansancma halı olur. Təəssüf ki, əksər hallarda zərərçəkəni həkimə çatdırana qədər hansı tədbirləri görmək lazım gəldiyini heç də hamı bilmir.

Sputnik Azərbaycan bunu nəzərə alaraq, AZƏRTAC-a istinadla həkim və mütəxəssislərin bəzi məsləhətlərini nəzərinizə çatdırır.

Ядовитая гюрза с которой живет Миргасан Абиев - Sputnik Azərbaycan
HADİSƏ
Zəhərli ilanlar Bakı kəndlərinə hücum edib, yaralılar var

İlansancması üçün xarakterik əlamət bundan ibarətdir: sancma yerində dəri qızarır, şişkinləşir, göyərmələr yaranır. Zərərçəkəndə ürəkbulanma, qusma, soyuq tər, nəfəsalmanın çətinləşməsi, zədələnən nahiyənin keyiməsi müşahidə olunur. Əsaslı tibbi baxışa qədər zərərçəkənə ilkin tibbi yardım göstərilməlidir. Bunun üçün əvvəlcə ilan sancan adamı sakitləşdirmək, qorxu və həyəcan hissini aradan qaldırmaq lazımdır. Sonra onu uzadaraq rahat şərait yaradılmalıdır. Əl altında olan materiallardan istifadə edərək yara nahiyəsinə şina qoyulmalıdır. Bundan sonra yaradan zəhəri çıxarmağa çalışmaq lazımdır. Sorma üsulu ilə zəhərin 20 faizini xaric etmək mümkündür. Zəhərin sorulması üçün iki əsas şərt tələb olunur: ilan sancandan sonra yalnız ilk 5-10 dəqiqə ərzində zəhəri sormaq mümkündür və bu zaman ağız boşluğunda yara, sıyrıntı, çürük və kariyes dişlər olmamalıdır.

Yara üzərinə xörək duzu məhlulu ilə isladılan, olmasa, təmiz quru sarğı qoyulmalıdır.

Yaddan çıxarmaq olmaz ki, ilansancma zamanı yaranın ətrafına sıxıcı sarğı qoymaq və ya həmin nahiyəni yandırmaq, kəsiklər aparmaq və buz qoymaq qəti qadağandır. Hətta zəhərlənməyə xas əlamətlər olmasa belə, əgər ilanın dişlərinin izi görünürsə xəstə ən azı 12 saat ərzində müayinə olunmalı və müşahidə altında tutulmalıdır.

Xəbər lenti
0