Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bayrama görə istirahətə getmişdi, lakin...

© Sputnik / Irade JELILTəcili tibbi yardım
Təcili tibbi yardım - Sputnik Azərbaycan
Abunə olmaq
Otuz dörd yaşlı kişi Astarada dincələrkən boğuldu

Rahim Zakiroglu, Sputnik Azərbaycan

BAKI, 17 iyun – Sputnik. Lənkəran sakini Astarada bədbəxt hadisə nəticəsində su anbarında boğulub. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi xəbərə əsasən, boğulma hadisəsi Astara rayonu Kijəbə qəsəbəsi ərazisində yerləşən Lovain su anbarında qeydə alınıb. 

Bakıdan Ramazan bayramı əlaqədar Lənkərana gələn 1984-cü il təvəllüdlü Lənkəran sakini Fuad Rəhimov dincəlmək üçün Astaraya gedib. Əldə edilən məlumata əsasən, Kijəbə qəsəbəsində Rəhimovun bacısı qızı ehtiyatsızlıqdan su anbarına yıxılıb və qızı sudan çıxarmaq istəyərkən Rəhimov boğulub. Mərhumun meyiti sudan çıxarılaraq müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Hazırda boğulma faktı araşdırılır.

Xəbər lenti
0