Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Millət vəkili: “Elçibəy millətə dövlətdən daha çox önəm verirdi”

© Photo : APAFazil Mustafa
Fazil Mustafa - Sputnik Azərbaycan
Abunə olmaq
Millət vəkili Fazil Mustafa deyir ki, Elçibəy dövlətin idarə elədiyi millət modelindənsə, millətin idarə etdiyi dövlət modelinə üstünlük verirdi

Fazil Mustafa: “Elçibəy bürokratik anlamda dövlət adamı deyildi”
“Elçibəy daxilən azad insan olduğuna görə hamını eyni vaxtda rəqabətə buraxmağa və hər kəsin bundan öz gücü ilə çıxmasına imkan tanıyırdı”. Sputnik Azərbaycan-ın məlumatına görə bunu Beynəlxalq Mətbuat Mərkəzində “Əbülfəz Elçibəy və gənclik” mövzusunda keçirilən tədbirdə millət vəkili Fazil Mustafa deyib.

O bildirib ki, Elçibəy insanlar arasında yaş ayrımı etmirdi və bu, onun dəyərli xüsusiyyətlərindən biri idi: “Elçibəy ağıla güvənirdi və kimdəsə işıq görürdüsə, ictimai rəyə rəğmən ona yol açırdı. Bu, onun insanların potensialını oxumaq qabiliyyətindən irəli gəlirdi. Elçibəy bürokratik anlamda dövlət adamı deyildi. Çünki heç bir dövlət strukturunda çalışmamışdı. O, milləti oxumağı bacarırdı və millətə dövlətdən daha çox önəm verirdi. Elçibəy dövlətin idarə elədiyi millət modelindənsə, millətin idarə etdiyi dövlət modelinə üstünlük verirdi”.

Əbülfəz Elçibəy Azərbaycan milli azadlıq hərəkatının lideri, 1992-93-cü illərdə isə Azərbaycan Respublikasının prezidenti olub.

Millət vəkili Fazil Mustafanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0