CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ermənilərin azərbaycanlı qızı güllələdiyi kənddən xəbər var

© Sputnik / Ilham MustafayevErməni əhatəsində olan Quşçu Ayrım kəndi
Erməni əhatəsində olan Quşçu Ayrım kəndi - Sputnik Azərbaycan
Abunə olmaq
Düşmən səngərinin bir addımlığında yerləşən Quşçu Ayrımda hər şey öz axarıyla davam edir

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 16 iyun — Sputnik. Qazax rayonunun Quşçu Ayrım kəndi düşmənlə təmas xəttində yerləşən ən yaxın kəndlərimizdən biridir. 3 tərəfdən ermənilərin əhatəsində olan kəndi düşmən postlarından 100 metrdən azacıq artıq məsafə ayırır. Hər an gülləyə tuş gəlmək təhlükəsi ilə yaşayan kənd mütəmadi olaraq düşmən atəşinə məruz qalır, kəndin evləri, sakinləri, mal-qarası düşmən təxribatının hədəfinə çevrilir. 

İyunun 16-da belə təxribatların biri zamanı Quşçu Ayrımda Gülanə Ağamalıyeva adlı kənd sakininin ermənilərin atdığı atəş nəticəsində yaralanması barədə xəbər vermişdik. Sputnik Azərbaycan-ın bölgə müxbiri hadisəylə bağlı Quşçu Ayrım kəndində olub, yaralının ailə üzləri və yaxınlarıyla söhbətləşib. 

Cело Гапанлы Тертерского района, фото из архива - Sputnik Azərbaycan
QARABAĞ
Bayram günü cəbhədə təxribat

Yaralının atası Aqif Ağamalıyev hazırda Gülanənin vəziyyətinin normal olduğunu bildirib. Atəşin snayper tüfəngindən atıldığını deyən 52 yaşlı kənd sakini güllənin sol ayaq pəncəsini dəlib keçdiyini, xoşbəxtlikdən qızının həyatı üçün ciddi təhlükə törətmədiyini söyləyib. 

"Atşma ara —sıra olur. Kəndə, adamlara, mal-qaraya, hara gəldi atırlar. Qızımı evimin 50 metrliyində vurdular. Şükür indi yaxşıdır. Evlərə atırlar arada. Postlara baxan pəncərələrimizin hamısını hörmüşük ki, adama dəyməsin. Bu yaxınlarda 8 baş qaramalı güllələdilər. Düşmən öz düşmənçiliyini edir. Təki vurulan mal-qara olsun, insana bir şey olmasın.  Belə təxribatlarla bizi qorxuda bilməzlər" — deyir kənd sakini.

Digər kənd sakini Elçin Namazov Sputnik Azərbaycan-ın bölgə müxbirilə söhbətində bütün çətinliklərə rəğmən yurd-yuvalarını tərk etməyəcəklərindən danışıb. 

© Sputnik / Ilham MustafayevErməni əhatəsində olan Quşçu Ayrım kəndi
Erməni əhatəsində olan Quşçu Ayrım kəndi - Sputnik Azərbaycan
Erməni əhatəsində olan Quşçu Ayrım kəndi

"Torpaqlarımız daş-qayadır. Burada əkinçilik əl vermir. Örüşlərimizdəki əksəriyyəti düşmən postlarını hədəfindədir. Maldan-qoyundan saxlayıb evin həndəvərində otarırıq. Düzdür, müəyyən çətinliklərimiz var, amma bura bizim ata-baba yurdumuzdu. Bütün kənd sakinləri döyüşüb buranı saxlamışıq. Mənim özüm 90-93-cü illərdə iki dəfə yaralanmışam. Amma heç vaxt kəndi tərk etmək ağlıma gəlməyib" — deyə kəd sakini bildirir. 

Beləliklə, Quşçu Ayrımlılar kənddə həyatın öz axarıyla davam etdiyini, heç nədən qorxub çəkinmədiklərini bildiriblər.

Xəbər lenti
0