Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Yeni dövlət şirkəti yaradıldı və rəhbərliyinə qadın gətirildi

Abunə olmaq
Kənd Təsərrüfatı Nazirliyi tabeliyində "Dövlət Aqrar Ticarət Şirkəti" təsis edilib

BAKI, 15 iyun — Sputnik. Kənd Təsərrüfatı Nazirliyi tabeliyində "Dövlət Aqrar Ticarət Şirkəti" MMC təsis edilib. Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, şirkətin məqsədi fermerlərə metodiki tövsiyyələrin verilməsi, tədarük şirkətləri ilə fermerlərin əlaqələrinin qurulmasına dəstək, fermerlərin bazara çıxışı istiqamətində məsləhət xidmətlərinin verilməsi, aqrar sahədə sosial məsuliyyət anlayışı çərçivəsində maarifləndirici xüsusi bülletenlərin və digər nəşrlərin buraxılmasından ibarətdir.

© Photo : APA“Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin direktoru Leyla Məmmədova
“Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin direktoru Leyla Məmmədova - Sputnik Azərbaycan
“Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin direktoru Leyla Məmmədova

"Dövlət Aqrar Ticarət Şirkəti" MMC-nin direktoru isə Leyla Məmmədova təyin olunub. O, Cenevrə Biznes Məktəbindən Bankçılıq və Maliyyə üzrə Magna Cum Laude fəxri dərəcə ilə məzun olub. Leyla Məmmədova həmçinin, Qafqaz Universitetində və Moskva Biznes Menecmenti Məktəbində təhsil alıb. Türkiyənin Ziraat Bank Akademiyası və ADA Universitetinin ixtisas artırma proqramlarının məzunudur.

O, Dövlət səhmli "Azər-Türk Bank"da uzun müddət Strateji Planlaşdırma və Marketinq departamentinin direktoru vəzifəsində çalışmış, daha sonra kariyerasını Sinam informasiya və texnologiyalar şirkətinin "start-up" layihəsinin direktoru olaraq davam etdirib.

Xəbər lenti
0