Qoşqar Səlimli: “Ramazan ayının ibadəti bir mənada Allaha təşəkkür etməkdir”
“Ramazan ayının bizim həyatımızda əhəmiyyətli rolu var”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında ilahiyyat üzrə fəlsəfə doktoru Qoşqar Səlimli deyib. O bildirib ki, insanlar Ramazan ayı boyunca bəzi şeylərdən uzaq durmaqla digər 11 ayın sədəqəsini verirlər:
“Bu ibadət bir mənada Allaha təşəkkür etməkdir. Ramazan bayramı insanların bir-birinə daha da yaxınlaşmasına şərait yaradır. Ramazan insanların birləşməsinə, onların arasında ünsiyyətin qurulmasına səbəb olur”.
Qeyd edək ki, bu il Ramazan bayramı iyunun 15-16-da qeyd olunacaq.
İlahyyatçı Qoşqar Səlimlinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz