BAKI, 15 iyun — Sputnik. Hindistanda içməli su çatışmazlığı ciddi böhrana səbəb olub. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, Hindistan öz tarixində hər il 200 min insanın ölümünə səbəb olan su çatışmazlığı ilə üz-üzədir.
Bu barədə Hindistan Milli Dəyişikliklər İnstitutunun hesabatına deyilir. Hesabat müəllifləri idda edirlər ki, bu gün ölkə əhalisinin yarısı (1,3 milyarddan 600 milyonu) su çatışmazlığı ilə qarşılaşır. Ancaq 2030-cu ildə bu vəziyyət bir qədər də ağırlaşacaq.
Hesabatda deyilir ki, 2020-ci ildə Hindistanın 21 meqapolisində (böyük şəhər) yeraltı su ehtiyyatları tükənəcək və bundan 100 milyon adam zərər görəcək: "Hindistanın su resurslarının 70 faizi çirklidir ki, bu da suyun keyfiyyətinə görə ölkəni 122-ci yerdə qərarlaşdırır".