Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskvadan Bakıya göndərilən elçi ölkəsinin prioritetini açıqladı: "Hər şey ona bağlıdır"

© Sputnik / Murad OrujovПосол России в Азербайджане Михаил Бочарников
Посол России в Азербайджане Михаил Бочарников - Sputnik Azərbaycan
Abunə olmaq
Mixail Boçarnikov: "Yüksək səviyyədə yaxşı qarşılıqlı anlaşma və iqtisadi əlaqələr də siyasi əlaqələrin inkişafına təkan verir"

BAKI, 14 iyun — Sputnik. Azərbaycan-Rusiya münasibətləri çox yaxşı əsaslara malikdir. Bunu Sputnik Azərbaycan-a Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov deyib.

Qeyd edək ki, Rusiyanın yeni səfiri Mixail Boçarnikov Azərbaycana iyunun 8-də gəlib. Səfirin sözlərinə görə, iki ölkənin münasibətlərinin tarixi təkcə postsovet dövrü ilə əlaqədar deyil, həm də təbii olaraq nə vaxtsa birgə yaşadığımız ümumi dövlətlə bağlıdır.

Министр иностранных дел РФ Сергей Лавров - Sputnik Azərbaycan
RUSİYA
Rusiya xarici işlər naziri Azərbaycanın layihəsindən nə gözlədiyini dedi

"Sovet İttifaqının dağılmasından sonra bizi bir çox şey birləşdirib və birləşdirir. İlk yerə mən bizim mədəniyyətləri qoyardım. Rusiya və Azərbaycan mədəniyyətlərinin dərin qarşılıqlı təsiri var və hər iki ölkənin mədəniyyət xadimləri arasında sıx əlaqə mövcuddur. Lakin daha geniş mənada isə ölkələrimizin xalqları arasında yaxın mənəvi əlaqələr var" – deyə o bildirib.

Diplomat qeyd edib ki, əgər iki ölkə arasındakı münasibətlərin mövcud vəziyyəti barədə danışsaq, bu, çox dostcasınadır: "Bir çox məsələlərdə onlar isti münasibətlərinə güvənir və Rusiya ilə Azərbaycan prezidentləri arasında daim dialoq mövcuddur".

Boçarnikov ötən gün Moskvada prezident İlham Əliyevin də iştirakı ilə dövlət başçılarının növbəti görüşünün baş tutduğunu da xatırladıb: "Düşünürəm ki, bu il digər yüksək səviyyəli görüşlər də baş tutacaq. Dövlət rəhbərlərinin əhval-ruhiyyəsi həyatın bütün sahələrində və ən əsası da dövlətlərin həyatında başlıca rol oynayır. Bunun əsasında da iki ölkə arasında əməkdaşlıq bütün istiqamətlərdə inkişaf edəcək".

Müsahibimizin fikrincə, burada əlbəttə ki, birinci yerə iqtisadiyyatı qoymaq lazımdır: "Azərbaycan ilə Rusiya arasındakı ticarət dövriyyəsinin artırılması üçün hər cür şərait var. Hər iki tərəf bunun üzərində çalışacaq — bu, bir niyyətdir".

Boçarnikov nəqliyyat-logistika, enerji və kənd təsərrüfatı sahələrində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində mövcud vəzifələrdən də danışıb. O, həmçinin birgə müəssisələrin yaradılması üçün mövcud imkanlar və vəzifələrə də toxunub: "İki ölkənin əmtəə dövriyyəsinin əsasını kənd təsərrüfatı məhsulları təşkil edir. Bununla əlaqədar olaraq, Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracını genişləndirmək planları var".

"Düşünürəm ki, bizim iqtisadi əlaqələrimiz barədə danışarkən, bunu unutmamalıyıq və hətta onu daha vacib bir yerə qoymalıyıq. Hər şeyi iqtisadiyyat müəyyən edir. Buna görə də yüksək səviyyədə yaxşı qarşılıqlı anlaşma və iqtisadi əlaqələr də siyasi əlaqələrin inkişafına təkan verir" – deyə səfir bildirib.

Politoloq İlqar Vəlizadə - Sputnik Azərbaycan
Politoloq: “Azərbaycan-Rusiya münasibətləri qarşılıqlı maraqlar əsasında qurulub”

Sputnik Azərbaycan-ın həmsöhbəti onu da qeyd edib ki, siyasi kontaktlar yüksək səviyyədə olmayanda belə, hər şeydən əvvəl iki ölkə arasında parlamentlərarası əlaqələrin kifayət qədər inkişaf etdirilməsi nəzərdə tutulur: "Müntəzəm olaraq Azərbaycan və Rusiya parlamentarilərinin görüşləri keçirilir. Yaxın zamanlarda isə Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodinin Bakıya səfəri gözlənilir. Düşünürəm ki, bu da bizim parlamentlərarası əməkdaşlıq üçün növbəti təkan olacaq".

Boçarnikov Azərbaycan ilə Rusiya arasında dövlət orqanları, idarə və nazirliklərin xətti ilə əlaqələrin inkişafına da toxunub: "Bu, daim müşahidə edilir. Və mən bura gəldiyim ilk gündən dövlət orqanları tərəfindən bu əhval-ruhiyyəni görürəm. Cəmi bir neçə gün əvvəl Bakıya gəlməyimə baxmayaraq, Azərbaycan rəsmiləri tərəfindən bu qədər səmimiyyətlə qarşılanmağım məni ilhamlandırıb".

Səfir cəmi bir neçə gün ərzində öz etimadnaməsini Azərbaycan prezidenti İlham Əliyevə təqdim etməyə nail olub və buna görə Azərbaycanın dövlət başçısına çox minnətdardır.

O, edib ki, onun Azərbaycanda səfir qismində işi hələ yeni başlayır və ilk növbədə dövlət və ictimai xadimlərlə görüşüb tanış olmalı, əlaqələrini qurmalıdır: "Əlbəttə ki, səfirin işinin əsas komponenti bu deyil, lakin olduqca vacibdir. Əlaqələr qurulduqdan sonra qarşılıqlı münasibətlərin mümkün olan bütün formatlarını inkişaf etdirmək istiqamətində səmərəli işləmək çox asandır".

Diplomat əvvəllər yalnız cavanlıqda olduğu Bakı ilə bağlı fikirlərini də bölüşüb. Onun sözlərinə görə, ilk iş gününün gərgin qrafikinin onun vaxtını çox almasına baxmayaraq, şəhərə baxa bilib və çox xoşuna gəlib: "Şəhər gözəldir, yaşıldır və bu, çox yaxşıdır. Onun tikililəri mənim xoşuma gəlir. O, qeyri-adi və bənzərsizdir".

"Bakı sahili insanı valeh edir. İçərişəhər mənim çox xoşuma gəlir. Aydındır ki, Bakı qədim və böyük tarixi olan şəhərdir və ona görə də çox ehtiyatla qorunur. Burada hər şey mənim xoşuma gəlir" – deyə Boçarnikov əlavə edib.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Mixail Boçarnikovu Azərbaycana səfir postuna mayın 29-da təyin edib. Diplomat əvvəllər Rusiyanın Zambiya, Yunanıstan və Qazaxıstanda səfiri olub. O, ana dilindən başqa ingilis, fransız və amhar (Efiopiyanın dövlət dili) dillərində danışır. Evlidir və bir qızı var.

2009-cu ildən Rusiyanın Bakıdakı səfiri postunu tutan Vladimir Doroxin 2017-ci ilin noyabrın 27-də Putinin sərəncamı ilə tutduğu vəzifədən azad edilib. Ötən ilin noyabrında Rusiyanın Xarici İşlər Nazirliyi Georgi Zuyevin yeni səfir kimi təyinatına Azərbaycandan aqreman almayıb.

Azərbaycanla Rusiya arasında diplomatik əlaqələr 4 aprel 1992-ci ildə qurulub.

Xəbər lenti
0