Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Politoloq: “Azərbaycan-Rusiya münasibətləri qarşılıqlı maraqlar əsasında qurulub”

© Sputnik / Murad OrujovPolitoloq İlqar Vəlizadə
Politoloq İlqar Vəlizadə - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq İlqar Vəlizadə deyir ki, Azərbaycan-Rusiya münasibətləri Cənubi Qafqaz və Xəzər regionunda yaranan siyasi arxitekturanın təməlini təşkil edir

İlqar Vəlizadə: “Azərbaycan-Rusiya münasibətləri çox çətin şəraitdə formalaşırdı”
“Yeni Rusiya qonşuları ilə praqmatik əsaslarla münasibət qurmağa çalışır”. Bunu Sputnik Azərbaycan-a Azərbaycan-Rusiya münasibətlərini şərh dərkən politoloq İlqar Vəlizadə deyib.

Politoloq bildirib ki, Rusiyanın qonşuları ilə münasibətlərinin tarixi ənənələri var: 

“Bəzi hallarda münasibətlər mürəkkəb şəkildə inkişaf edir. 90-cı illərin əvvəllərində Azərbaycan-Rusiya münasibətləri çox çətin şəraitdə formalaşırdı. Vladimir Putinin hakimiyətə gəlməsindən sonra Azərbaycanla olan münasibətlər hər iki tərəfin maraqlarına cavab verən əsaslara söykənməyə başladı. Bu gün iki ölkənin münasibətləri Cənubi Qafqaz və Xəzər regionunda yaranan siyasi arxitekturanın təməlini təşkil edir. Azərbaycan-Rusiya münasibətləri qarşılıqlı maraqlar əsasında qurulur. İki ölkənin münasibətlərinin inkişafına nikbin yanaşırıq”.

İyunun 12-si Rusiya Günü kimi qeyd olunur.

Xəbər lenti
0