Azərbaycan ordusu güclü silahını sınaqdan keçirdi

© AR Ministry of DefenseDANA özüyeriyən artilleriya qurğularından praktiki atışlar keçirilib
DANA özüyeriyən artilleriya qurğularından praktiki atışlar keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
DANA özüyeriyən artilleriya qurğularından praktiki atışlar keçirilib

BAKI, 14 iyun — Sputnik. Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına uyğun olaraq artilleriya bölmələri DANA özüyeriyən artilleriya qurğularının tətbiqi ilə praktiki atışlar keçirib. Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, atışlar döyüş şəraitinə maksimal yaxın vəziyyətdə icra olunub.

Avtomatik idarəetmə sistemi ilə təchiz edilmiş 152 mm-lik artilleriya vasitələrindən şərti düşmənin canlı qüvvə və atəş vasitələri, uzunmüddətli müdafiə qurğuları, idarəetmə məntəqələri, artilleriya və minaatan batareyaları məhv edilib. Komandanlıq təlimlərə cəlb olunan şəxsi heyətin döyüş hazırlığını yüksək qiymətləndirib.

© AR Ministry of DefenseDANA özüyeriyən artilleriya qurğularından praktiki atışlar keçirilib
DANA özüyeriyən artilleriya qurğularından praktiki atışlar keçirilib - Sputnik Azərbaycan
1/3
DANA özüyeriyən artilleriya qurğularından praktiki atışlar keçirilib
© AR Ministry of DefenseDANA özüyeriyən artilleriya qurğularından praktiki atışlar keçirilib
DANA özüyeriyən artilleriya qurğularından praktiki atışlar keçirilib - Sputnik Azərbaycan
2/3

3/3

Xatırladaq ki, ötən il Azərbaycan Çexiyadan yeni artilleriya qurğusu alıb. Çexiya istehsalı olan DANA özüyeriyən artilleriya qurğusu 2017-ci il sentyabrın 18-dən müxtəlif qoşun növlərinin və qismlərinin iştirakı ilə keçirilən genişmiqyaslı təlimlərə cəlb edilib.

"SpGH DANA" özüyeriyən haubitsaları 8X8 konfiqurasiyalı "Tatra" şassisində yerləşir. Artilleriya kompleksinin maksimum sürəti 80 km/saat, gediş ehtiyatı 600 km, atış uzaqlığı 28 km, heyəti 4-5 nəfərdir.

Hərbi maşının əsas silahı 5580 mm uzunluğunda 152 mm 37 kalibr top, yardımçı silahı 12.7 mm çaplı pulemyotdur. Top —4°-dən +70°-dək bucaq altında hündürlüyə atəş açmaq qabiliyyətinə sahibdir. Atış tempi dəqiqədə yarıavtomat rejimdə 4, əllə doldurulduqda 2 mərmidir.

Xəbər lenti
0