CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Onların əmlakını, inəyini, qoyununu əllərindən almaq lazımdır ki, ağıllansınlar"

Топор
Abunə olmaq
Ağaclara qarşı "soyqırımı" törədənlərin əməllərinin üstü müəyyən miqdarda cərimələrin tətbiq edilməsi ilə örtülür

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 14 iyun — Sputnik. Artıq bir neçə ildir ölkə ərazisində kütləvi halda qanunsuz ağac kəsmə halları ilə qarşılaşırıq. Meşələrin qırılması, tikinti şirkətlərinin həyata keçirdiyi "ağac soyqırımları"nın üstü isə, sadəcə müəyyən miqdarda cərimələrin tətbiq edilməsi ilə bağlanılır. Şirkət rəhbərləri ağacları kəsdirib yerində bina tikdirir, Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə cərimələr tətbiq edir. Və bu hal beləcə təkrarlanır.

Kəsilmiş ağac kötüyü, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Lənkəranda ağac qətliamı törədilib...

Bəs bu xoşagəlməz vəziyyətin tamamilə aradan qaldırılması üçün necə mübarizə aparmaq olar? Nə etmək lazımdır ki, cəmiyyətdə ağac kəsiminə qarşı bir qədər həssaslıq yaransın?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Sputnik Azərbaycan-a bildirib ki, tikinti şirkətləri yaşıllıq sahələrinə həssas münasibət göstərmir, bəzi hallarda tikinti və abadlaşdırma zamanı müvafiq qurumlar tərəfindən yaşıllıqların yerləşdiyi ərazilər nəzərə alınmır.

Qurumun sözçüsü qeyd edib ki, qanunsuz ağac kəsənlərlə və bu işə rəvac verənlərlə bağlı mütəmadi olaraq hüquqi və inzibati tədbirlər görülür. Qanun pozucuları ETSN tərəfindən qanuna müvafiq olaraq cərimələnirlər.

"Belə hallara qarşı qəti və barışmaz mövqe nümayiş etdirməyimizə baxmayaraq, təəssüflə qeyd etməliyəm ki, ağac kəsilməsi və ya ətraf mühitə zərər verən digər qanunsuz əməllərə yenə də rast gəlinir. Əsasən də paytaxtda bəzi sahibkarlar, vətəndaşlar tərəfindən qanunvericiliyə zidd olaraq ağac kəsintisinə yol verilir", — İ.İbrahimova bildirib.

O bildirib ki, Qanunvericilikdə nəzərdə tutulmasına baxmayaraq, obyektlərin yerləşdirilməsi üçün torpaqayırma və tikinti layihə sənədləri əksər hallarda Nazirlik ilə razılaşdırılmadan, müvafiq rəy alınmadan icra edilir və nəticədə də ağaclar kəsilir, yaşıllıq sahələrinə zərər verilir.

Ağac kəsimi, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakıda “soyqırım”: Ağacların quruması üçün dibinə neft töküblər

"Vətəndaşlardan xahiş edirik ki, hasara alınmış sahələrdə, tikinti yerlərində və digər ərazilərdə kəsilmək təhlükəsi olan ağacları qorumaq üçün nazirliyin 24 saat operativ fəaliyyət göstərən "168" nömrəli "qaynar xətt"inə məlumat versinlər. İnanırıq ki, bu cür qarşılıqlı əməkdaşlıq şəraitində yüzlərlə ağacı kəsilməkdən xilas edə bilərik", — deyə İbrahimova vətəndaşlara səslənib.

Ekoloq Samir İsayevin fikrincə isə, bu xoşagəlməz vəziyyətin aradan qalxmama səbəbi cərimə mexanizmlərinin effektiv olmamasıdır: "Yazılmış cərimələrin 10 faizi belə, insanlardan alınmır. Bu cərimənin nə effekti olacaq? Əsas məsələ cərimənin yüksəkliyində deyil, heç kəsin cəzasız qalmamasındadır".

Ekoloqun sözlərinə görə, cəriməni kəsmək cəza deyil: "Cəza odur ki, ondan kəsilən cəriməni almaq üçün qapısından əmlakını, inəyini, qoyununu satdırasan",

S.İsayev onu da qeyd edib ki, icra qurumları cərimələri yığa bilmir: "İcraçılar pulu yığmağı bacarmalıdırlar. Kəsilmiş cərimələrə görə pulları yığan yoxdur. Bir kənddə 20 ağac kəsəndən 15-nin evindən inəyini, qoyunu aparsalar, o, ikinci dəfə belə addım atmaz".

Xəbər lenti
0