Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İş görüşməsinə gələn qadın zorlanıb

CC0 / StartupStockPhotos / Entrepreneurİş görüşməsi, arxiv şəkli
İş görüşməsi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Mən otağıma keçib yatdım və səhər oyananda T-nin otağımda olduğunu gördüm

BAKI, 14 iyun — Sputnik. İş görüşməsinə gedən qadın ona təcavüz edildiyini iddia edərək polisə şikayət edib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyədə iş görüşü üçün evinə getdiyi B.Y adlı qadın T.İ adlı kişinin onu zorladığını və pulunu əlindən aldığını qeyd edib.

Televiziyada bəzi moda proqramlarında yarışlara qatılan B.Y polisə təcavüz hadisəsi haqqında bunları deyib:

"Onunla 2017-ci ildə sosial mediada tanış olmuşam. Onun ofisi olduğunu və ofisdə işləmək üşün işçi axtardığını deyib. Razılaşdıq və mən İstanbula gəldim. Pula ehtiyacım olduğu üçün kredit götürdüm. 14 min TL (6600 manat) pulu bankdan götürəndən sonra onun evinə getdik. Onunla razılaşmışdıq. Maaşım 1000 dollar olacaqdı. "Bir gün də gözlə, sabah pulu verəcəm" dedi. Hotelə getmək istədim. Amma qızının xərcəng xəstəsi olduğunu və onlarda qalmağımız üçün xahiş etdi. Razılaşdım. Axşam T-nin dostu onlara gəldi və içməyə başladılar. Mən otağıma keçib yatdım və səhər oyananda T-nin otağımda olduğunu gördüm. Otaqdan qaçmaq istəyən zaman qoymadı. Qapı bağlı idi, aça bilmədim. Məni zorladı və pulumu əlimdən aldı. Üstəlik məni döydü".

Xəbər lenti
0