SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İrandan gözlənilməz açıqlama: "Suriyadan çıxa bilərik"

© AFP 2024 / ATTA KENAREВид на телебашню Бордже Милад в Тегеране, Иран
Вид на телебашню Бордже Милад в Тегеране, Иран - Sputnik Azərbaycan
Abunə olmaq
Keçən ay Bəşər Əsədlə görüşən Rusiya prezidneti Vladimir Putin də Suriyada bütün xarici qüvvələrin çəkilməsini təklif etmişdi

BAKI, 14 iyun — Sputnik. İran prezidenti Həsən Ruhani Suriyada terrorun köklərinin bir an əvvəl məhv olmasını ümid etdiyini və beləliklə, bu ölkədə xarici qüvvələrə ehtiyac qalmayacağını deyib.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron ilə telefon danışığı aparan Ruhaninin Suriyada xarici qüvvələrə artıq ehtiyacının qalmayacağını qeyd etməsi, iranlı qüvvələrin də ölkədən çıxacağı işarəsini vermiş oldu.

Qeyd edək ki, keçən ay Bəşər Əsədlə görüşən Rusiya prezidneti Vladimir Putin də Suriyada bütün xarici qüvvələrin çəkilməsini təklif etmişdi.

Xəbər lenti
0