Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

İlin ən möhtəşəm idman hadisəsi start götürür

© Sputnik / Anton Denisov / Mediabanka keçidTelstar 18
Telstar 18 - Sputnik Azərbaycan
Abunə olmaq
Futbol üzrə bu dəfəki dünya çempionatını Rusiya qəbul edir

BAKI, 14 iyun — Sputnik. Bu gün Rusiyada futbol üzrə 21-ci dünya çempionatı start götürür. Şimal qonşumuz ilk dəfədir belə bir turniri qəbul edir. Açılış görüşündə A qrupunda yer qalan RusiyaSəudiyyə Ərəbistanı komandaları qarşılaşacaqlar. Oyun Moskvanın "Lujniki" stadionunda keçiriləcək. 

A qrupunda həmçinin MisirUruqvay komandaları yer alıblar.

Ümumilikdə çempionatda 32 yığma iştirak edir. Onlar 8 qrupda yarışacaqlar. Hər qrupdan 2 komanda mübarizəni 1/8 finalda davam etdirəcək. 1/4 finalda 8 komanda ilk dördlüyə düşmək uğrunda oynayacaq. Yarımfinalda məğlub olanlar 3-cü yer uğrunda qarşılaşacaqlar. Qaliblər isə iyulun 15-də Moskvanın "Lujniki" stadionunda qüvvələrini sınayacaqlar. 

Çempionat 11 şəhərdə keçiriləcək (Moskva, Sankt-Peterburq, Kalininqrad, Nijni Novqorod, Volqoqrad, Kazan, Samara, Saransk, Rostov, Soçi, Yekaterinburq).

Beləliklə, B qrupunda İspaniya, Portuqaliya, İranMərakeş, C qrupunda Fransa, Avstraliya, PeruDanimarka, D qrupunda Argentina, İslandiya, XorvatiyaNigeriya, E qrupunda Braziliya, İsveçrə, Kosta-Rika, Serbiya, F qrupunda Almaniya, Meksika, İsveçCənubi Koreya, G qrupunda Belçika, Panama, Tunis, İngiltərə, H qrupunda isə Polşa, Seneqal, KolumbiyaYaponiya yer alıblar.

Qeyd edək ki, indiyədək keçirilən dünya çempionatlarında Avropa komandaları 11, Cənubi Amerika yığmaları isə 9 dəfə qalib olublar. Ən çox braziliyalılar çempionluq yaşayıblar — 5 dəfə. Almaniya və İtaliya milliləri hərəyə 4 dəfə çempion olublar. İlk çempion Uruqvay (1930), son çempion isə Almaniyadır (2014). Dünya çempionatları tarixində ən çox qolu almaniyalı Miroslav Kloze vurub (16). Bir çempionat ərzində ən çox qolun müəllifi isə fransız Jüst Fontendir (13 qol, 1958-ci il çempionatı).

Xəbər lenti
0