CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Banklardan əhaliyə şad xəbər

© REUTERS / Dinuka LiyanawatteDollar, arxiv şəkli
Dollar, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bayram günlərində banklar gücləndirilmiş rejimdə çalışacaq

BAKI, 14 iyun — Sputnik. Ramazan bayramı və Milli Qurtuluş Günü ilə əlaqədar olaraq cari ilin 15-19 iyun tarixlərində Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) tövsiyəsi ilə banklar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Palatadan "APA-Economics"ə verilən məlumata görə, bayram günləri ərzində ölkə vətəndaşları və qonaqların valyuta mübadiləsi xidmətlərindən rahat faydalana bilmələri üçün 22 bankın 57 filial və şöbəsi müştərilərə xidmət göstərəcək. Bankların Bakı şəhərində yerləşən 8 filial və şöbəsi isə 24 saat çalışacaq.

Palatanın əməkdaşlarından ibarət olan xüsusi monitorinq qrupu bayram günlərində, həmçinin fəaliyyət göstərərək yarana biləcək hər hansı problemlə əlaqədar ölkə vətəndaşlarının və qonaqların müraciətlərini qəbul edəcək.

Qeyri-iş günləri ərzində valyuta mübadiləsi əməliyyatlarını gücləndirilmiş iş rejimində həyata keçirəcək bankların filial və şöbələrinin siyahısı: 

© Photo : CədvəlQeyri-iş günləri ərzində valyuta mübadiləsi əməliyyatlarını gücləndirilmiş iş rejimində həyata keçirəcək bankların filial və şöbələrinin siyahısı
Qeyri-iş günləri ərzində valyuta mübadiləsi əməliyyatlarını gücləndirilmiş iş rejimində həyata keçirəcək bankların filial və şöbələrinin siyahısı - Sputnik Azərbaycan
Qeyri-iş günləri ərzində valyuta mübadiləsi əməliyyatlarını gücləndirilmiş iş rejimində həyata keçirəcək bankların filial və şöbələrinin siyahısı

 

 

Xəbər lenti
0