BAKI, 13 iyun — Sputnik. Bakı Nəqliyyat Agentliyi İdarə Heyəti sədrinə müavinlər təyin edilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, bununla əlaqədar Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncamlar imzalayıb.
Sərəncamlara əsasən, Fərid Nuriyev və Elçin Mustafayev Bakı Nəqliyyat Agentliyi İdarə Heyəti sədrinin müavinləri təyin ediliblər.