Başlandı: Ermənistan müdafiə naziri istintaq qarşısında

© SputnikСейран Оганян
Сейран Оганян - Sputnik Azərbaycan
Abunə olmaq
Seyran Ohanyan dindirildi

BAKI, 13 iyun — Sputnik. Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan 2014-2017-ci illərdə Müdafiə Nazirliyində sui-istifadə faktları ilə başladılan cinayət işi çərçivəsində dindirilib. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistan dövlət gəlirləri üzə Komitəsi məlumat yayıb. 

Pozuntular dövlət satınalmaları prosesi zamanı müəyyənləşdirilib. Hazırda Ermənistan Müdafiə Nazirliyinin əsaslı tikinti və qoşunların mənzillərə yerləşdirməsi üzrə idarəsinin istehsal–texniki şöbəsinin sabiq rəisi Qriqor Barseqyana qarşı ittiham irəli sürülüb. O, vəzifə səlahiyyətlərini aşmaqda, xüsusilə böyük həcmdə fırıldaqçılıqda, sənədləri saxtakarlaşdırmaqda ittiham olunur. Yuxarıda adı çəkilən idarənin rəisi Aşot Qriqoryan isə böyük həcmdə fırıldaqçılığa cəhddə, vəzifə səlahiyyətlərini aşmaqda və sənədləri saxtalaşdırmaqda ittiham olunur. 

Prokurorun razılığı ilə Qriqoryanın idarə rəisi kimi səlahiyyətləri müvəqqəti dayandırılır. İstintaq zamanı Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin kabinetində axtarışlar aparılıb, Ohanyan da daxil olmaq onlarla insan dindirilib. İlkin istintaq davam edir

Qeyd edək ki, Seyran Ohanyan 2008-2016-ci illərdə Ermənistanın müdafiə naziri olub. 

Xəbər lenti
0