CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Böyük miqdarda narkotik dövriyyədən çıxarıldı

© Sputnik / Rahim MuradovSaxlanılan şəxsdən götürülmüş narkotik vasitə
Saxlanılan şəxsdən götürülmüş narkotik vasitə - Sputnik Azərbaycan
Abunə olmaq
Ötən gün ərzində daxili işlər orqanları tərəfindən narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib

BAKI, 13 iyun — Sputnik. Respublikanın daxili işlər orqanları ümumən cinayətkarlığa, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlərini qətiyyətlə davam etdirirlər. Bu barədə Sputnik Azərbaycan DİN Mətbuat Xidmətinə istinadən məlumat verir.

İyunun 12-də bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çəkisi 10 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.

Qeyd edək ki, ötən gün ərzində daxili işlər orqanları tərəfindən narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Xəbər lenti
0