Bakının dörd rayonunda qaz olmayacaq

CC0 / Public Domain Pictures / GasQaz plitəsi, arxiv şəkli
Qaz plitəsi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Görülən zəruri təmir işlərinin Xətai və Yasamal rayonlarının bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür

BAKI, 13 iyun — Sputnik. Bu gün Bakının bəzi rayonlarında qaz olmayacaq. Bu barədə Sputnik Azərbaycan-a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirlib ki, 13 iyun 2018-ci il tarixində saat 09:00-dan Nəsimi rayonu Tibilisi prospekti və 20 yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə, H.Əliyev küçələrinin, eləcə də Binəqədi rayonu 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə, Xutor, Sulutəpə, Xocahəsən, Biləcəri qəsəbələrinin və Motodrom adlanan ərazinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Qaz plitəsi, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Əhalinin nəzərinə: Sabah paytaxtın bu rayonlarında qaz olmayacaq

Fasilələr istehlakçıların təhlükəsiz və dayanıqlı təbii qaz təchizatının təmin edilməsi məqsədi ilə diametri 530 mm-lik qaz xəttində aşkar olunan qaz sızmasının ləğvi, daşıyıcı qaz xəttinin kipliyə sınaq olunması və daşıyıcı xətt üzərində qurlaşdırılmış diametri 200 mm-lik siyirtmənin təmiri ilə əlaqədardır. Qazın verilməsində fasilələr təmir işləri tamamlananadək davam edəcək.

Görülən zəruri təmir işlərinin Xətai və Yasamal rayonlarının bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür.

Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək. Yaranacaq məhdudiyyətlə bağlı "Azəriqaz" İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Xəbər lenti
0