Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Avropa İttifaqı Azərbaycanın layihəsini alqışladı

© AP Photo / Virginia MayoШтаб-квартира ЕС в Брюсселе
Штаб-квартира ЕС в Брюсселе - Sputnik Azərbaycan
Abunə olmaq
Maroş Şefçoviç: "Bu layihənin, xüsusilə Cənub-Şərqi Avropa və Cənubi İtaliya kimi həssas yerlərdə əhəmiyyəti böyükdür"

BAKI, 13 iyun — Sputnik. Avropa İttifaqı (Aİ) potensial tədarükçülərin "Cənub Qaz Dəhlizi" (CQD) layihəsinə qoşulmaq barədə maraqlarını alqışlayır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şefçoviç bəyan edib.

TANAP layihəsnin işə salınması - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Tarixi an: TANAP fəaliyyətə başladı

"Biz hesab edirik ki, "Cənub Qaz Dəhlizi" layihəsinin mənbəyi yalnız "Şahdəniz" yatağı olmayacaq. Ona görə də biz Xəzər regionu, Mərkəzi Asiya, Yaxın Şərq, Aralıq dənizi regionu və Qara dəniz regionundan digər potensial təbii qaz tədarükçülərinin Avropaya təbii qaz tədarükünün şaxələndirilməsi üçün qoşulmasını alqışlayırıq" — deyən Şefçoviç vurğulayıb ki, Avropa İttifaqı Trans-Xəzər boru kəməri layihəsinin həyata keçirilməsi üçün Azərbaycan və Türkmənistanla danışqılar aparır.

Xatırladaq ki, Şefçoviç ötən gün Azərbaycan qazını Avropaya çatdıracaq marşrut – "Cənub Qaz Dəhlizi"ni Avropa İttifaqının enerji təhlükəsizliyi üçün strateji əhəmiyyətli layihə adlandırıb: "Cənub Qaz Dəhlizi" layihəsi Avropa İttifaqının enerji təhlükəsizliyi üçün olduqca strateji layihədir. Bu layihənin, xüsusilə Cənub-Şərqi Avropa və Cənubi İtaliya kimi həssas yerlərdə əhəmiyyəti böyükdür".

Qeyd edək ki, ötən gün Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa olunan Trans Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) artıq fəaliyyətə başlayıb. Dünən baş tutan açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna prezidenti Pyotr Poroşenko, Serbiya prezidenti Aleksandr Vuçiç və digər rəsmi şəxslər iştirak ediblər.

Xəbər lenti
0