CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu xidmətlər dörd gün işləməyəcək

Abunə olmaq
“ASAN xidmət” və “ASAN Kommunal”da 4 gün iş olmayacaq

BAKI, 13 iyun — Sputnik. 15-18 iyun tarixlərində Milli Qurtuluş günü və Ramazan bayramı ilə əlaqədar “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günüdür.

“ASAN Xidmət”in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 19 iyun tarixindən etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Qeyd edək ki, hazırda 13 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba və Mingəçevirdədir.

Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.

Xəbər lenti
0