Orta və ali məktəblərə qəbulla bağlı ciddi dəyişiklik - Milli Məclis təsdiqlədi

© Sputnik / Murad OrujovЗаседание Милли Меджлиса Азербайджана
Заседание Милли Меджлиса Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
Beynəlxalq və respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunacaqlar

BAKI, 12 iyun — Sputnik. Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında "Təhsil haqqında" qanuna dəyişiklik layihəsi müzakirə olunub. Sputnik Azərbaycan xəbər verir ki, dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.

Сотрудники в офисе, фото из архива - Sputnik Azərbaycan
ELM
Yeni nazirin təklifi narazılıqlara yol açdı: Ciddi fəsadlar yaradacaq

Yeni dəyişikliyə əsasən, beynəlxalq fənn olimpiadalarının qalibləri istənilən ixtisaslar üzrə, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunacaqlar. Qüvvədə olan qanunda qeyd olunur ki, bu olimpiadaların, beynəlxalq müsabiqələrin və yarışların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

"Təhsil haqqında" qanuna ümumtəhsil məktəbləinə qəbulla bağlı da dəyişikliklər edilib. Dəyişikliklərdən biri Azərbaycanda ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan təhsilalanların həmin təhsil müəssisəsinə ilk növbədə qəbul olunmasını ilə bağlıdır. Qanunun 19-cu (Ümumi təhsil) maddəsinin 14-cü bəndinə edilən əlavəyə əsasən, ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan təhsilalanlar həmin təhsil müəssisəsinə ilk növbədə qəbul olunacaqlar. Ümumi təhsil müəssisələrinə uşaqların qəbulu, sinifdən-sinfə keçirilməsi və yerdəyişməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

Первоклассник в День знаний в одной из школ Баку - Sputnik Azərbaycan
ELM
Məktəblərdə müddət baryeri aradan qaldırıla bilər, amma etiraz edənlər var

Digər dəyişiklik isə Azərbaycanda valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul ediləcəklər. Qanunun 19-cu (Ümumi təhsil) maddəsinin 11-ci bəndinə əsasən, Azərbaycanda ibtidai təhsil 6 yaşdan başlanır. Qəbul edilmiş yeniliyə əsasən, valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul ediləcəklər.

Daha bir dəyişikliklə isə, maddənin 12-ci bəndi ləğv edilib. Bu bəndə əsasən, valideynlərin və ya uşaqların digər qanuni nümayəndələrinin arzusu ilə təhsil müəssisəsi xüsusi istedadlı uşaqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada daha erkən yaşda qəbul edə bilərdi.

Xəbər lenti
0