BAKI, 12 iyun — Sputnik. ABŞ-da qadın sevgilisi ilə birləşərək öz oğlunu öldürüb.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı qadın və sevgilisi 8 yaşlı oğlunun homoseksual olduğunu düşünüblər. Məhz buna görə də uşağı öldürmək qərarına gəliblər.
Qadın oğlunu öldürməzdən öncə ona pişik nəcisi yedirərək işgəncə verib. 8 ay müddətində ana və sevgilisi uşağa dəhşətli cəzalar veriblər. Uşaq tapılandan sonra ekspertiza müəyyən edib ki, onun səsi çıxmasın deyə ağzına corab tıxanıb, üç qabırğası sındırılıb, başında çatlar olub.
Qadına və sevgilisinə 8 yaşlı uşağa verdikləri işgəncə və sonda öldürdüklərinə görə ömürlük həbs cəzası verilib.