Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan, Türkiyə və Avropa üçün tarixi gün çatdı

© AFP 2024 / ADEM ALTANAzərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan prezidenti İlham Əliyev də açılış mərasiminə qatılacaq

BAKI, 12 iyun — Sputnik. Bu gün Türkiyənin Əskişəhər şəhərində Azərbaycan qazını Avropaya çatdıracaq Trans-Anadolu Boru Qaz Kəmərinin (TANAP) açılışı mərasimi baş tutacaq. Sputnik Azərbaycan xəbər verir ki, açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, bir çox ölkənin dövlət və hökumət başçıları, energetika nazirləri, enerji şirkətlərinin rəhbərləri də iştirak edəcəklər.

TANAP-ın açılış mərasimi Bakı vaxtı ilə saat 18:30-da başlayacaq. Mərasimdən sonra Türkiyə prezidenti TANAP layihəsinin açılış mərasiminə qatılan qonaqlara iftar verəcək.

Xatırladaq ki, ümumi dəyəri 40 mlrd. avro təşkil edən Cənub Qaz Dəhlizinin bir hissəsi olan TANAP layihəsi Azərbaycanda hasil olunan təbii qazın Gürcüstandan keçərək Türkiyə ərazisi ilə Avropaya nəql edilməsini nəzərdə tutur. Bu, Azərbaycan, Türkiyə və Avropa üçün böyük önəm daşıyır.

TANAP - Sputnik Azərbaycan
İQTİSADİYYAT
İsrail də TANAP-a qoşulur

TANAP layihəsi "Şahdəniz" yatağının işlənilməsinin 2-ci mərhələsinin əsas elementlərindən biridir. "Şahdəniz-2" layihəsi çərçivəsində Azərbaycandan ildə 16 mlrd. kubmetr qaz Türkiyəyə nəql olunacaq, bunun 6 mlrd. kubmetri qardaş ölkənin istifadəsinə veriləcək, 10 mlrd. kubmetrlik hissəsi isə Avropaya ixrac ediləcək.

Qeyd edək ki, TANAP layihəsinin Gürcüstan-Türkiyə sərhədindən başlayaraq CQBK sisteminə birləşməsi, Türkiyə ərazisindən keçərək Türkiyə-Yunanıstan sərhədində başa çatması və sonra təbii qazın Avropaya çatdırılması üçün TAP boru kəmərinə birləşməsi planlaşdırılır. Azərbaycan və Türkiyə arasında 2011-ci il dekabr ayının 24-də Anlaşma Memorandumu imzalanıb. "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair" saziş 2012-ci il iyun ayının 26-da İstanbul şəhərində imzalanıb və hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiq edilib. TANAP layihəsi təbii qazın "Şahdəniz" və eyni zamanda Azərbaycanın digər yataqlarından Avropa bazarlarına nəql edilməsi potensialına görə mühüm siyasi və iqtisadi əhəmiyyətə malikdir.

Xəbər lenti
0