BAKI, 12 iyun — Sputnik. 2018-ci ilin iyun ayının 12-nə Azərbaycan Mərkəzi Bankının açıqladığı rəsmi dollar/manat məzənnəsi iyun ayının 11-i ilə müqayisədə dəyişməyərək 1,7000 manat olub. Sputnik Azərbaycan AMB-yə istinadla xəbər verir ki, avro/manat məzənnəsi 2.0006 manata, rubl/manat məzənnəsi 0,0271 manata, türk lirəsi isə 0,3759 manata düşüb.
İyunun 12-də rəsmi olaraq 1 dollar 1,7000 manata, 1 avro 2.0057 manata, 1 rubl 0,0273 manata, 1 Türk lirəsi isə 0,3804 manata bərabər idi.
Xatırladaq ki, son günlər manatın məzənnəsinin xarici valyutaya münasibətdə möhkəmlənməsi müşahidə edilir. Baxmayaraq ki, qonşu ölkələrin rəsmi valyutalarında devalvasiya izlənilir.