Yüz ildə ilk dəfə Ay bu qədər bədirlənəcək

© Sputnik / Murad OrujovBədirlənmiş ay, arxiv şəkli
Bədirlənmiş ay, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
1 saat 44 dəqiqə davam edəcək bu təbiət fenomeni 100 ilin ən uzunmüddətli Ay tutulması olacaq

BAKI, 12 iyun — Sputnik. İyulun 27-də nadir astronomik hadisələrdən hesab edilən Ay tutulması və "bədirlənmiş Mars" adlandırılan təbiət hadisəsi baş verəcək. Spuntik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasından "Report"a məlumata verilib.

15 il ərzində ilk dəfə olaraq Yer kürəsinə maksimal məsafədə (55,7 mln. km) yaxınlaşacaq Mars planetinin üzərində astronomik müşahidələr aparmaq üçün əlverişli şərait yaranacaq.

Mars və Yerin növbəti yaxınlaşmasının 2035-ci ilin sentyabr ayının 15-nə təsadüf etməsi gözlənilir. Bu il isə bu yaxınlaşma Ay tutulmasıyla tam üst-üstə düşür. 1 saat 44 dəqiqə davam edəcək bu təbiət fenomeni 100 ilin ən uzunmüddətli Ay tutulması olacaq.

Xəbər lenti
0