Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

TANAP-ın açılış mərasimi keçirilir — VİDEO

© Photo : Kayhan Ozer / Presidential Palace / Handout via REUTERSВыступление президента Турции Реджепа Тайипа Эрдогана на церемонии открытия газопровода TANAP
Выступление президента Турции Реджепа Тайипа Эрдогана на церемонии открытия газопровода TANAP - Sputnik Azərbaycan
Abunə olmaq
Mərasimdən sonra Türkiyə prezidenti TANAP layihəsinin açılış mərasiminə qatılan qonaqlara iftar verəcək

BAKI, 12 iyun — Sputnik. Türkiyənin Əskişəhər şəhərində Azərbaycan qazını Avropaya çatdıracaq Trans-Anadolu Boru Qaz Kəmərinin (TANAP) açılışı mərasimi başlayıb. Sputnik Azərbaycan xəbər verir ki, açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Gürcüstan prezidenti Georgi Marqvelaşvili, Ukrayna prezidenti Petro Poroşenko, BP şirkətinin baş icraçı direktoru Robert Dadli və energetika nazirləri, enerji şirkətlərinin rəhbərləri və digər rəsmilər də iştirak edir.

Mərasimdən sonra Türkiyə prezidenti TANAP layihəsinin açılış mərasiminə qatılan qonaqlara iftar verəcək. 

İlham Əliyev Türkiyəyə səfərə gəlib - Sputnik Azərbaycan
İQTİSADİYYAT
İlham Əliyev tarixi hadisə ilə əlaqədar Türkiyəyə gedib

Xatırladaq ki, ümumi dəyəri 40 mlrd. avro təşkil edən Cənub Qaz Dəhlizinin bir hissəsi olan TANAP layihəsi Azərbaycanda hasil olunan təbii qazın Gürcüstandan keçərək Türkiyə ərazisi ilə Avropaya nəql edilməsini nəzərdə tutur. Bu, Azərbaycan, Türkiyə və Avropa üçün böyük önəm daşıyır.

TANAP layihəsi "Şahdəniz" yatağının işlənilməsinin 2-ci mərhələsinin əsas elementlərindən biridir. "Şahdəniz-2" layihəsi çərçivəsində Azərbaycandan ildə 16 mlrd. kubmetr qaz Türkiyəyə nəql olunacaq, bunun 6 mlrd. kubmetri qardaş ölkənin istifadəsinə veriləcək, 10 mlrd. kubmetrlik hissəsi isə Avropaya ixrac ediləcək.

Qeyd edək ki, TANAP layihəsinin Gürcüstan-Türkiyə sərhədindən başlayaraq CQBK sisteminə birləşməsi, Türkiyə ərazisindən keçərək Türkiyə-Yunanıstan sərhədində başa çatması və sonra təbii qazın Avropaya çatdırılması üçün TAP boru kəmərinə birləşməsi planlaşdırılır. Azərbaycan və Türkiyə arasında 2011-ci il dekabr ayının 24-də Anlaşma Memorandumu imzalanıb. "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair" saziş 2012-ci il iyun ayının 26-da İstanbul şəhərində imzalanıb və hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiq edilib. TANAP layihəsi təbii qazın "Şahdəniz" və eyni zamanda Azərbaycanın digər yataqlarından Avropa bazarlarına nəql edilməsi potensialına görə mühüm siyasi və iqtisadi əhəmiyyətə malikdir.

Xəbər lenti
0