Sürücülərin başını dərdə salan problem aradan qaldırılır

© Sputnik / Murad OrujovПрипаркованные автомобили в Баку
Припаркованные автомобили в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
11 yolda ilk növbədə parklanmanı ləğv etməklə, qadağan etməklə müsbət nəticələr əldə etmək mümkündür

BAKI, 11 iyun — Sputnik. "Bakı şəhərində əsas nəqliyyat yükünü özündə cəmləşdirən 11 arterial yolda geniş miqyaslı işlərə start veriləcək". Bunu Spuntik Azərbaycan-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr və Maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.

Bağlanmış yol, arxiv şəkli - Sputnik Azərbaycan
Bakının 4 ərazisinə giriş qadağası tətbiq olundu

Qurumun sözçüsü bildirib ki, görüləcək işlər 11 yol 16 yol birləşməsini əhatə edəcək: "Aparılan təhlillər onu göstərir ki, bu yolların kifayət qədər geniş olmasına, parametrlərinin orada nəqliyyat vasitələrinin rahat, maneəsiz hərəkət etməsinə imkan verməsinə baxmayaraq, təəssüf ki həmin yollarda olan qanunsuz parklanmalar və digər nişanlamalar, işıqforlarda olan müəyyən nöqsanlar həmin yolları keçilməz edir".

M.Ağayev qeyd edib ki, bu 11 yolda ilk növbədə parklanmanı ləğv etməklə, qadağan etməklə müsbət nəticələr əldə etmək mümkündür: "İlkin hesablamalara görə, parklanmaların olmadığı həmin yollarda mövcud hərəkət zolaqları üzrə nəqliyyat vasitələri rahat şəkildə hərəkət edə bilər".

Xəbər lenti
0