BAKI, 11 iyun — Sputnik. Şimali Koreya lideri Kim Çen In ABŞ prezidenti Donald Trampı Pxenyana dəvət edib. Sputnik Azərbaycan bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.
Məlumata əsasən, Kim Çen In iyul ayında Şimali Koreya — ABŞ sammitinin ikinci raundunu keçirməyi təklif edərək Trampı Pxenyana dəvət edib.
Xatırladaq ki, iyunun 12-də Sinqapurda Şimali Koreya lideri Kim Çen In və ABŞ prezidenti Donald Tramp arasında görüş keçiriləcək.