Ərzurumdan geri dönüş və iki imperiyanın sərhədində qəribə hekayə

© Sputnik / Irade JELILCüt minarəli mədrəsə
Cüt minarəli mədrəsə - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənilər zaman-zaman bu bölgənin onlara aid olduğunu iddia etsələr də, ərazidəki 800 illik qəbiristanlıq bütün həqiqəti ortaya çıxarır

İradə Cəlil, Sputnik Azərbaycan

III — sonuncu yazı

BAKI, 11 iyun — Sputnik. Ərzuruma səfərimin üçüncü günü yenə yağışlar planlarımı pozdu. Burada yağışlar o qədər güclüdür ki, 5 dəqiqə yağışın altında qalmaq bəs edir ki, su içində olasan.

Cüt minarəli mədrəsə…

© Sputnik / Irade JELILCüt minarəli mədrəsə
Cüt minarəli mədrəsə - Sputnik Azərbaycan
Cüt minarəli mədrəsə

Yağış bir qədər azalan kimi gəzə-gəzə gəlib cüt minarəli mədrəsəyə çatıram. Deyilənə görə, bura bir ilhanlı tikilisidr. 1243-cü ildə Kosedağ döyüşünü qazanaraq Anadolunu öz torpaqlarına qatan ilhanlılar 1335-ci ilə qədər bu torpaqlarda hökmranlıq ediblər. Cüt minarəli mədrəsə çox bəzəklidir, amma memarlıq baxımından yarımçıq buraxılmış bir tikilidir.

Bir qədər də Atatürk Universiteti haqqında…

© Sputnik / Irade JELILƏrzurumda Atatürk Universitetinin məzunları
Ərzurumda Atatürk Universitetinin məzunları - Sputnik Azərbaycan
Ərzurumda Atatürk Universitetinin məzunları

Ərzurumda Atatürk Universitetinin yaranması Türkiyə Cümhuriyyətinin ən önəmli layihələrindən biridir. Cümhuriyyətin qurucusu olan Mustafa Kamal Atatürk 1937-ci il 1 noyabrda Türkiyə Böyük Millət Məclisindəki çıxışında şərqi Anadoluda böyük bir universitetin yaradılmasına ehtiyac olduğunu bildirir. Həmçinin belə bir universitetin yaradılması üçün təlimat verir.

Atatürkün ölümündən 12 il sonra — 1950-ci ildə Türkiyənin 3-cü prezidenti Cəlal Bayar tərəfindən yenidən bu məsələ gündəmə gətirilib. Və uzun müzakirələrdən sonra 1957-ci il iyunun 7-də Atatürk Universiteti yaradılıb.

Hazırda universitetin rektoru professor Ömer Çakmaklıdır. O, bu vəzifəyə 2016-cı ildə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təyin edilib. Onu da qeyd edim ki, universitetdə təhsil almaq üçün dünyanın bütün ölkələrindən insanlar müraciət edirlər. Və Atatürk Universitetinin diplomu Azərbaycan da daxil olmaqla bir çox ölkələrdə rəsmən tanınır.

İmtahanlarım bitdikdən sonra yağışlar imkan verdiyi qədər Ərzurumu gəzməyə çalışdım. Qaldığım hotelin yaxınlığında yerləşən mağazalara baş çəkə bildim. Orada taxtadan hazırlanmış sandıqlar, stol-stul və müxtəlif əşyalar satılırdı. Qiymətləri baha olmasına baxmayaraq, xüsusi naxışlarla işlənmiş bu əşyaların alıcıları çox idi.

Əlicanın sirri

© Sputnik / Irade JELIL"Alican" sərhəd qapısı
Alican sərhəd qapısı - Sputnik Azərbaycan
"Alican" sərhəd qapısı

Ərzurumdan geri qayıdanda İğdırda dayanıb bir qədər şəhəri gəzməyə qərar verdim. Orada məni qarşılayan uzun illərin dostu Camal Xoşxəbərlə (Cemal Hoşhaber) birlikdə İğdır-Ermənistan sərhədinə də getdik. Dostum mənə "Alican" adlanan sərhəd qapısının maraqlı tarixçəsi barədə danışdı.

Birinci Dünya Müharibəsi zamanı Araz çayı sərhədində növbədə olan Əli və Can adlı iki əsgər yorğunluqdan yuxuya gedirlər. Komandir gəlib hər iki əsgərin silahlarını götürüb aparır. Yuxudan oyanan gənclər silahlarını yanlarında görməyəndə taxta körpünü keçib, növbə çəkən iki rus əsgərinin silahlarını götürərək geri qayıdırlar.

Səhər komandir əsgərlərdən silahları haradan tapdıqlarını soruşur. Əsgərlər vəziyyəti danışırlar, komandir onları təbrik edir. Elə o vaxtdan kəndin adı Alican (Əlican) qalır və bir müddət sonra sərhədə də elə bu ad verilir.

Qeyd edim ki, Alican sərhəd qapısı 13 oktyabr Qars anlaşması nəticəsində salınıb. Əvvəllər burada taxta körpü olsa da, 1946-cı ildən beton lövhələrlə əvəz edilib.

Qoçbaşı qəbirləri

© Sputnik / Irade JELILQaraqoyunlu kəndində məzarlıq
Qaraqoyunlu kəndində məzarlıq - Sputnik Azərbaycan
Qaraqoyunlu kəndində məzarlıq

Sərhəddən bir qədər aralı Qaraqoyunlu kəndində tarixi 800 il bundan əvvələ dayanan məzarlıq yerləşir. Burada qoçbaşı məzarlar var. Camal bəy deyir ki, həmin məzarların üzərindəki yazıları çox adam oxuya bilmir. Məzarlıqda diqqətimi üzərində "Unutmayın ki, dünən bizlər də, sizin kimi idik, sabah siz də bizlər kimi olacaqsınız" yazılan lövhə xüsusilə çəkdi.

Qeyd edim ki, qəbiristanlıqdakı qoçbaşı məzarlar Qaraqoyunlu zamanından qalıb. O dövrdə belə məzar daşları, adətən qəhrəmanlıq göstərən insanlar üçün qoyulub. Məzarların üzərində hazırda kitabələr yoxdur. Ancaq buna baxmayaraq, məzarlıq "açıq hava muzeyi" hesab edilir.

© Sputnik / Irade JELILƏrzurumda Atatürk Universitetinin məzunları
Ərzurumda Atatürk Universitetinin məzunları - Sputnik Azərbaycan
1/9
Ərzurumda Atatürk Universitetinin məzunları
© Sputnik / Irade JELILƏrzurumda Atatürk Universitetinin məzunları
Ərzurumda Atatürk Universitetinin məzunları - Sputnik Azərbaycan
2/9
Ərzurumda Atatürk Universitetinin məzunları
© Sputnik / Irade JELILQaraqoyunlu kəndində məzarlıq
Qaraqoyunlu kəndində məzarlıq - Sputnik Azərbaycan
3/9
Qaraqoyunlu kəndində məzarlıq
© Sputnik / Irade JELILQaraqoyunlu kəndində məzarlıq
Qaraqoyunlu kəndində məzarlıq - Sputnik Azərbaycan
4/9
Qaraqoyunlu kəndində məzarlıq
© Sputnik / Irade JELILQaraqoyunlu kəndində məzarlıq
Qaraqoyunlu kəndində məzarlıq - Sputnik Azərbaycan
5/9
Qaraqoyunlu kəndində məzarlıq
© Sputnik / Irade JELILQaraqoyunlu kəndində məzarlıq
Qaraqoyunlu kəndində məzarlıq - Sputnik Azərbaycan
6/9
Qaraqoyunlu kəndində məzarlıq
© Sputnik / Irade JELILQaraqoyunlu kəndində məzarlıq
Qaraqoyunlu kəndində məzarlıq - Sputnik Azərbaycan
7/9
Qaraqoyunlu kəndində məzarlıq
© Sputnik / Irade JELILQaraqoyunlu kəndində məzarlıq
Qaraqoyunlu kəndində məzarlıq - Sputnik Azərbaycan
8/9
Qaraqoyunlu kəndində məzarlıq
© Sputnik / Irade JELILQaraqoyunlu kəndində məzarlıq
Qaraqoyunlu kəndində məzarlıq - Sputnik Azərbaycan
9/9
Qaraqoyunlu kəndində məzarlıq
1/9
Ərzurumda Atatürk Universitetinin məzunları
2/9
Ərzurumda Atatürk Universitetinin məzunları
3/9
Qaraqoyunlu kəndində məzarlıq
4/9
Qaraqoyunlu kəndində məzarlıq
5/9
Qaraqoyunlu kəndində məzarlıq
6/9
Qaraqoyunlu kəndində məzarlıq
7/9
Qaraqoyunlu kəndində məzarlıq
8/9
Qaraqoyunlu kəndində məzarlıq
9/9
Qaraqoyunlu kəndində məzarlıq

Deyilənə görə, 20 il əvvəl buradaca 30-a yaxın qoçbaşı məzar olsa da, hazırda 7-si qalıb. Qəbiristanlıq 700-800 il əvvəl müsəlman türklər tərəfindən salınıb. Ermənilər zaman-zaman bu bölgənin onlara aid olduğunu iddia etsələr də, məzarlıq ərazinin 800 il öncədən belə türklərə aid olduğunun sübutudur.

İğdırdakı dostlarımızla vidalaşıb vətənə yola düşürəm. Düzünü deyim ki, Ərzuruma bir dəfə getməklə, Ərzurum haqqında bir dəfə yazmaqla bölgənin gözəlliyini təsvir etmək mümkün deyil. Bəlkə Ərzurumda illərlə yaşamaqla belə, şəhərin sehrinin dərinliyini duymaq mümkünsüz olar.

Amma mən çalışdım ki, görə bildiklərimi, hiss etdiklərimi sözlə ifadə edim. Ərzurumu görmək istəyən, lakin müəyyən səbəblərə görə gedə bilməyən insanları, qiyabi də olsa, şəhərə səfər etdirim. Ümid edirəm ki, az da olsa, bunu bacardım…

© Sputnik / Irade JELILYazının müəllifi – İradə Cəlil
Yazının müəllifi – İradə Cəlil - Sputnik Azərbaycan
Yazının müəllifi – İradə Cəlil

Xəbər lenti
0