Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Dövlət büdcəsinin icrası təsdiqləndi, kəsir 1 milyard manatdır

Abunə olmaq
Azərbaycanın 2017-ci il dövlət büdcəsinin icrasının gəlirləri 16 516 684,0 min manat, xərclər 17 594 478,0 min manat məbləğində təsdiqlənib

BAKI, 11 iyun — Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında qanunu imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycanın 2017-ci il dövlət büdcəsinin icrasının gəlirləri 16 516 684,0 min manat, xərclər 17 594 478,0 min manat məbləğində olmaqla təsdiqlənib.

Sənədə əsasən, Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası nəticəsində həmin ilin sonuna dövlət büdcəsinin vahid xəzinə hesabında yaranan qalıq “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 19.5-ci maddəsinə uyğun olaraq istifadə ediləcək.

Xəbər lenti
0